Bu marketlər də cəzalandırıldı

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı ilə yanaşı, ölkə regionlarında da davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Kürdəmir şəhəri, H.Əliyev prospekti, ev 50/6 ünvanında Toğrul Məmmədova məxsus marketdə, eləcə də Gəncə şəhəri, Təbriz küçəsində Surxay Rəhimova məxsus “Təbriz” marketdə aparılan yoxlama zamanı malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımı yaratmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar