Gömrükdə "kartof əməliyyatı"...

Dövlət rüsumundan yayınmaq üçün müxtəlif yollara əl atılır

Natiq Cəfərli:Məhsulun gömrük rüsumundan yayındırılması üçün qiymət daha ucuz rəsmiləşdirilir və bu məsələ qeyri-leqal yollarla razılaşdırılır”

Murtuzəli Hacıyev: “Yerli məhsul baha olmasına baxmayaraq, ekoloji baxımdan daha təmiz və daha keyfiyyətlidir”

Azərbaycan bazarlarında kartof gömrükdə rəsmiləşdirilən qiymətdən az qala 10 dəfə baha satılır. Bu barədə məlumatı iqtisadçı ekspert Qubad İbadoğlu mətbuata açıqlayıb. O, qubad ibadoglu xzdfbgh19bildirib ki, Azərbaycana Gürcüstandan və Belarusdan gətirilən 1 kq kartof 15 qəpiyə, İrandan gətirilən 1 kq kartof 14 qəpiyə, Türkiyədən gətirilən 1 kq kartof 12 qəpiyə, Qırğızıstandan və Litvadan gətirilən 1 kq kartof 8 qəpiyə, Rusiyadan gətirilən 1 kq kartof 4 qəpiyə rəsmiləşdirilir və bazarda da 1 manatdan ucuz satılmır. Odur ki, qiymətin sabitləşdirilməsi üçün mağazalara deyil, idxal şirkətlərinə və gömrüyə təzyiq göstərmək lazımdır.

Kartofun qiymətinə gəlincə, aqrar ölkə olan Azərbaycan “ikinci çörək” adlandırılan bu məhsulun ən baha satıldığı ölkədir. Belə ki, kartof Gürcüstanda 50 qəpiyə, İsveçdə 20 qəpiyə, Hollandiyada 40 qəpiyə, ABŞ-da 25 qəpiyə, Fransada 60 qəpiyə, İstanbulda 50 qəpiyə, Azərbaycanda isə 1 manat 20 qəpiyə satılır. Bu isə sözügedən məhsulun xaricdəkindən dəfələrlə baha satılması deməkdir.

NatiqCeferliasdgvbhjklmnbvcxzqwertyuioAqrar ölkədə yerli kartof məhsulunun bazarlarda bu qədər baha satılmasının səbəbinə gəlincə, iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu məhsulun gömrükdən keçirilməsi zamanı saxtakarlığa yol verilir: “Məsələn, Rusiyadan gətirilən kartof 4 qəpiyə rəsmiləşdirilir. Mən inanmıram ki, bu məhsulun həm alınması, həm daşınması, həm də gömrük rüsumu ilə birgə dəyəri 4 qəpik olsun. Həmin ölkələrdə kartofun bazardakı qiymətinə nəzər salsaq, bu rəsmiləşdirmənin obyektiv olmadığını görə bilərik. Burada bir maxinasiya aparılır. Məhsulun gömrük rüsumundan yayınması üçün qiyməti daha ucuz rəsmiləşdirilir və bu məsələ qeyri-leqal yollarla razılaşdırılır. Çünki bu qiymətə məhsulun gətirilməsi mümkün deyil. Burada digər mexanizmlər işə düşür və gömrük rüsumundan yayınmaq məqsədilə edildiyi real görünür. Bunun başqa iqtisadi əsası ola bilməz”.

Məhsulun daxili bazarlarda baha satılmasına gəlincə, N. Cəfərli bildirdi ki, məhsulun maya dəyərinə qeyri-leqal ödənişlər də əlavə olunur: “Məhsul öz qiymətindən daha ucuz rəsmiləşdirilir və bu zaman iş adamları rəsmi ödənişdən əlavə, ciddi miqdarda qeyri-leqal ödənişlər edir. Bunu da məhsulun maya dəyərinin üzərinə gələndə və sahibkarın qazancını da əlavə edəndə qiymət şişir. Gömrükdə bu kimi neqativ hallar olmasa, rüsumlar beynəlxalq normalara uyğunlaşdırılsa, rəqabətli mühit yaradılsa, məhsulun qiyməti də aşağı düşər. Uzun illərdir ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlükdən imtina edir və əsas səbəbi də bu kimi problemlərdir. Çünki əgər bu təşkilata üzv olsaq, gömrük rüsumları da beynəlxalq normalara uyğun təşkil edilməlidir. İş adamlarına da gömrükdə rastlaşdığı problemlərdən beynəlxalq orbitraj məhkəmələrinə müraciət etmək hüququ yaradılır. Azərbaycanda bilirlər ki, bu məhkəmələri uduzacaq. Ona görə də, Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəmirlər, müxtəlif bəhanələr gətirirlər. Səbəb odur ki, oliqarxların maraqlarını qorumaq üçün bu addımı atmaq istəmirlər”.

Məsələyə münasibət bildirən millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da musavat.com-a açıqlamasında kartofun həddindən artıq bahalaşmasından narazılığını bildirdi: “Kartofun bahalaşmasını mən də müşahidə etmişəm. Bazarlarda kartof 1.2 AZN-ə satılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çox gözəl monitorinqlər aparır və qiymətlərə nəzarət edir. Arzu edərdim ki, digər dövlət qurumları da bu istiqamətdə monitorinqlər həyata keçirsinlər. Bazardakı qiymətlər obyektiv deyil. Bəzi möhtəkirlər manatın devalvasiyasından istifadə edib, qiymətləri artırırlar. Təkcə kartofda yox, digər məhsulların qiymətində də artım var. Hələ ki, hökumət bunun qarşısını almağa çalışır. Ancaq bu, nə qədər davam edəcək, demək mümkün deyil. Bu yaxınlarda Gömrük Komitəsinin sədri sahibkarların da iştirakı ilə iclas keçirdi. Orada bildirdi ki, heç bir qeyri-rəsmi rüsumlardan söhbət gedə bilməz. Hazırki vəziyyətdə sahibkardan dövlət rüsumundan əlavə vəsait alınmamalıdır. Çünki onsuz da dolların bahalaşması səbəbindən gətirilən məhsulların maya dəyəri 33 faiz bahalaşıb. Bu qiymətləri bir daha bahalaşdırmağa ehtiyac yoxdur. Bu sahədə monopoliyanın da qarşısı alınmalıdır. Bizim “Rəqabət Məcəlləsi” var, hələ də onun qəbuluna nail ola bilməmişik, maneələr var. Bu məcəllə qəbul olunsa idi, monopoliyanın qarşısını almaq mümkün olardı. Ancaq faktiki olaraq, monopoliya var və qiymətlərin belə baha olmasında rolu danılmazdır”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə musavat.com-a bildirdi ki, Azərbaycanda kartofun qiyməti həmişə bu fəsildə 90 qəpik və ya 1 manat olub: “Hazırda bazarlarda kartofun qiymətində əvvəlki dövrlə müqayisədə heç bir fərq yoxdur. Artıq cari ilin məhsulları, təzə kartof bazara çıxarılıb. Azərbaycanın iqlimi imkan verir ki, biz il ərzində 2 dəfə, bəzən 3 dəfə məhsul əldə edək. Bu dövrdə ötən ildən saxlanılan məhsullar da kütləvi şəkildə bazarlara çıxarılır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kartofun qiymətində enmə müşahidə edilir”.

Xarici ölkələrdə kartofun ucuz olmasına gəlincə, Murtuzəli Hacıyev bildirdi ki, yerli məhsul baha olmasına baxmayaraq, ekoloji baxımdan daha təmiz və daha keyfiyyətlidir: “Biz qiymətlərə baxdıq. Rusiyada kartofun qiyməti 40 qəpikdir. Azərbaycanda isə 60 qəpiklə 1 manat arasında dəyişir. Bizim məhsulların keyfiyyət göstəriciləri də standartlara uyğundur. Yerli məhsullara tələbat da böyükdür. Ötən il ölkədə 820 min ton kartof istehsal olunub və bu da tələbatdan artıqdır. Biz kartof məhsullarını həm idxal edirik, həm də ixrac edirik”.

Azərbaycandakı kartofun digər ölkələrlə müqayisədə daha baha olmasına gəlincə, M. Hacıyev bildirdi ki, bu qiymətlərin müqayisə olunması düzgün deyil: “Hər ölkənin məhsulunun öz qiyməti var. Bu müqayisə düzgün deyil. Gürcüstanda kartof 60 qəpik, Rusiyada 40 qəpikdir. Burada cüzi fərq var. Amma əhali yerli kartofa üstünlük verdiyindən tələbat daha çoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar