Cəmil Həsənli Lalə Şövkətlə görüşdü

ALP Milli Şurada qalacaq

Sentyabrın 9-da Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli ALP lideri Lalə Şövkət Hacıyeva ilə görüşüb.Yada salaq ki, ötən həftə Cəmil Həsənli Milli Şura daxilindəki narazılıqlarla bağlı narazı tərəflərlə görüşəcəyini bildirmişdi. İlk görüş Rüstəm İbrahimbəyovun İçəri Şəhərdəki evində EL hərəkatının rəhbərliyi ilə keçirilmişdi.

Cəmil Həsənli “Yeni Müsavat”a yalnız görüşün keçirildiyini təsdiq edib və bildirib ki, razılaşmaya görə görüşlə bağlı xəbəri Azərbaycan Liberal Partiyası üzərinə götürüb. ALP-dən mediaforum.az-a verilən açıqlamada bildirilib ki, tərəflər Milli Şura daxilindəki proseslərlə yanaşı, ölkədaxili siyasi durumu, eləcə də seçki mühitini də müzakirə ediblər. Azərbaycan Liberal Partiyası Milli Şurada qalaraq Cəmil Həsənlinin namizədliyini dəstəkləyəcəyini açıqlayıb.

Partiyanın açıqladığı xəbərdə bildirilir ki, Lalə Şövkət Hacıyevanın Milli Şuradan getməsi ilə bağlı bəyanatı görüşdə ümumiyyətlə müzakirə edilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar