Nə üçün kassa fırıldağı edilir?

Son günlər bir-birinin ardınca “əsassız” qiymət artımına yol verildiyi üçün marketlər cərimələnir. Yoxlamalar zamanı malların yarlığındakı qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətlər arasında fərq yaradıldığı, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilir.

Bəs marketlər nə üçün belə üsullara əl atırlar? “Marja” yaranmış vəziyyət ilə bağlı market sahibləri arasında sorğu keçirdi. Məlum oldu ki, marketlər dükanlar üçün əvvəllər tətbiq edilən ticarət güzəştləri, faizlər topdansatış firmaları tərəfindən ləğv edilib. Bu da marketlərin gəlirlərini azaltdığına görə, onlar qiymətləri yüksəltmək məcburiyyətində qalıblar. Məsələn, bundan əvvəl mağazaya çay verən topdansatış şirkəti, çayın qiymətinin 5%-ni market sahibinə verirdi. Tutaq ki, 1 manata satılan çayın 5 qəpiyi, satışı təşkil etdiyinə görə marketə ödənilirdi. Bu gün həmin topdansatış şirkətləri faizləri ləğv etdiklərindən, marketlər alınan malın üzərinə öz ticarət əlavələrini daha çox qoyurlar. Təbii ki, bu da qiymətlərin artımı deməkdir.

Yoxlamalar getdiyindən, malın üzərinə əlavə etdiyi öz gəlir faizini göstərməkdən qorxan market sahibləri, malların üzərinə bir, kassanın yaddaşına isə başqa bir qiyməti yazırlar. Əlbəttə, bu addım alıcıların aldadılmasıdır. Mağazaların iki yolu var: Ya alıcıları aldatmaq, ya da mağazanı bağlayıb fəaliyyətini dayandırmaq.

Yaranmış vəziyyətdə topdansatış şirkətlərini də ittiham etmək doğru deyil. Onlar güzəştləri və faizləri ləğv etməklə devalvasiya nəticəsində yaranan itkilərinin bir hissəsini aradan qaldırmaq istəyirlər.

Qeyd edək ki, “Seval” market, “Sarı” market, “Dəniz” market, “Gross” market, “Ruzi” market, “Zeytun” market, “Şokmart” market, “Real-S” market və bir çox marketlər İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən qiymət artırdıqlarına görə cərimələniblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar