“1 avro 1 dollar olacaq”

Goldman Sachs-ın baş valyuta strateqi Robin Brooks, Avronun 2016-cı ilin sonuna qədər dollar ilə bərabər məzənnədə (1 avro = 1 dollar) olacağı proqnozunu verib. Brooks, 2017-ci ilin sonunda Avronun dollar qarşısında 90 sentə geriləməsi ehtimalının yüksək olduğunu bildirib. Avro/dolar məzənnəsi hazırda 1.10 səviyyəsindədir.

Avro/dolar məzənnəsinin ötən ilin zirvəsindən geriləməsinin Avropa amillərinə bağlı olduğunu deyən Brooks, "Əmanət faizlərinin mənfi olması və monetar genişlənmə (QE) birləşməsi olduqca güclü təsir göstərir. Bu avro üçün mənfi haldır. Avronun zəifləyəcəyini gözləyirik" deyib.

Brook Yenin Dollar qarşısında 2015-cicilin sonuna qədər 130 səviyyəsinə qədər zəifləyəcəyini proqnozlaşdırır. Brookun uzunmüddətli proqnozu isə 140 səviyyəsidir. Yenin Dollar qarşısındakı mövcud səviyyəsi isə 120-yə yaxındır. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar