AVRO MANAT QARŞISINDA KƏSKİN UCUZLAŞDI - Rəsmi məzənnə

bank merkeziBeynəlxalq bazarlarda Avro dollar qarşısında ucuzlaşaraq son 12 ilin ən aşağı səviyyəsinə düşüb. Hazırda 1 Avro 1.1020 dollara bərabərdir.

Avronun dollar və digər valyutalar qarşısında ucuzlaşması, paralel olaraq Azərbaycan Manatı qarşısında da ucuzlaşmasına səbəb olub. Azərbaycan Mərkəzi Bankının bu günə olan məzənnələrinə görə, dünən ilə müqayisədə Avro Manat qarşısında 0,0041 manat və ya 0,35% ucuzlaşaraq 1,1566 manat olub. 21 Fevralda 1 avro 1.1950 manata bərabər idi.

Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi ucuzlaşıb. Ölkədə dolların rəsmi məzənnəsi 1,0490 manat səviyyəsində müəyyən edilib. Bu ötən gündən 0,0004 manat və ya 0,04% azdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar