Maliyyə nazirinin müavinindən sensasion bəyanat- “Şahdəniz”dən bir qəpik gəlir gəlməyəcək"

Maliyyə nazirinin müavini Azər Bayramov sığortaçıların Bakıda keçirilən forumu zamanı sensasion bəyanat verib: qarşıdakı 4 ildə “Şahdəniz” yatağından hasil olunan qazdan Azərbaycana bir qəpik də gəlir gəlməyəcək.

Turan-nın məlumatına görə, nazir müavinin bildirib ki, bunun səbəbi “Şahdəniz” konsorsiumunun iştirakçılarının yatağın 2-ci fazasının işlənilməsi üçün tələb olunan irihəcmli investisiyalar yatırmaq məcburiyyətidir.

Konsorsium iştirakçıları “Şahdəniz-2” layihəsi çərçivəsində hasilat işlərinə başlamaq üçün 40 milyard dollar (infrastruktur xərcləri də daxil – red) investisiya yatırmalıdır. A.Bayramovun bildirdiyinə görə, bununla bağlı olaraq gələn ildən “Şahdəniz” müqaviləsində gəlirlərin bölüşdürülməsi prinsipi dəyişdiriləcək, deyə www.haqqin.az bildirir.

Əgər 2013-cü ildə “Şahdəniz”dən mənfəət olubsa (9 ayda 289,8 milyon dollar, 2007-ci ildən 1 oktyabr 2013-cü ilə kimi Azərbaycanın 1 milyard 497 milyon dollar olub – Neft Araşdırmaları Mərkəzinin hesablaması. Müqayisə üçün: Azərbaycan təkcə “böyük neftin” ilk hasilat ili olan 2006-cı ildə AÇG-dən 30% pay dövlətin, 70% şirkətlərin olmaq şərtilə 1,2 milyard dollar mənfəət əldə edib) gələn il heç nə olmayacaq. Nəticədə yataqdan təxminən 2017-2018-ci ilə qədər Azərbaycana mənfəət qazı çatmayacaq” - deyə Bayramov bildirib.

Xatırladaq ki, “Şahdəniz”in “Mərhələ 2” layihəsinin ilkin qiyməti $25 mlrd idi. Tikinti zamanı $30 mlrd-a çata bilər. Bank kreditlərinin qaytarılması ilə layihə $35 mlrd-a başa gəlcək. İnfrastruktur da nəzərə alınsa ümumi xərclər $50 mlrd-ı keçəcək. layihənin pulunu çıxarması Avropada qazın qiymətindən asılı olacaq. İxracat 2019-cu ildə başlayacaq. Qazın 1000 kubmetri $400 olsa, layihənin pulunu çıxarması üçün 15 il lazımdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar