ABŞ Putinin dostlarının 640 mln dollarını dondurdu

ABŞ-ın iki bankında Putinin yaxın ətrafına məxsus 640 mln dollarlııq aktivlər dondurulub. Bu barədə Maliyyə Nazirliyinə istinadən Wall Street Journal məlummat yayıb. Məlumata görə, zərbəyə Yuri Kovalçukun yaratdığı «Rossiya» bankı və Rotenberq qardaşlarının SMP-Bank məruz qalıb.

Yuri Kovalçuk, Gennadi Timçenko, Arkadi və Boris Rotenberqə qaarşı sanksiyalar tətbiq ediləndən sonra Putin dəfələrlə bu şəxslərlə dostluğu ilə fəxr etdiyini deyib.

Wall Street Journal-ın məlumatına əsasən, «Rossiya» bankı daha çox zərər çəkib. Bu bankın 572 mln dollarlıq aktivləri dondurulub. Bu da 2013-cü ilə olan məlumata görə aktivlərin 10%-i təşkil edir. SMP-Bankın isə 65 mln dolları dondurulub, bu da aktivlərin 2%-dir.

Bundan əlavə, qondarma Luqansk respuublikasına məxsus Paypal-un hesabında olan 637 mln dollar dondurlub.

Yuxarıda adı çəkilən hər iki bank ABŞ-ın sanksiyası siyahısındadır. «Rossiya» bankının yaradıcısı və əsas səhmdarı Yuri Kovalçuk Putinin «pul kisəsi» adlandırılır. Belə ki, bank qara siyahıya düşəndən sonra Putin öz əmək haqqını bu banka köçürmək göstərişini verib. Həmçinin digər korporasiyalar da ora öz maliyyələrini köçürüb. Ancaq bu da bankı müştəri axınından qoruya bilməyib. 2014-cü ilin yekunlarına görə, bu bankı azalan depozitlərin sayına görə liderdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar