Bakı-2015: Almaniya Azərbaycana 280 idmançı ilə gəlir

“İnanıram ki, müxtəlif idman növlərində yarışacaq atletlərin saylarının çox olması səbəbindən Avropa Oyunları olduqca uğurlu keçəcək”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya Olimpiya İdman Konfederasiyasının baş direktoru Maykl Vesper deyib.

Neulsenburqda media nümayəndələri ilə görüşən qurum rəsmisi iyunda Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı fikirlərini açıqlayıb. Yarışda müsbət nəticələrə ümid edən Vesper bildirib ki, uğur Oyunların gedişindən və buna olan diqqətin səviyyəsindən asılı olacaq: “Avropa Oyunları artıq status baxımından genişlənib. Bunu 2019-cu ildə yarışa ev sahibliyi etməyə maraqlı olan ölkələrin sayından görmək mümkündü. Onların bəziləri Qərbi Avropadandı və ideya öz təsdiqini tapmaqdadı”.

Azərbaycana 280 idmançı ilə gələcək almanların heyətində bəzi idman növlərindən fərqli, stolüstü tennis ulduzları Boll və Dimitri Ovtçarov Rio-2016-cı il Yay Olimpiya Oyunlarına birbaşa bilet uğrunda mübarizə aparacaqlar. Buna baxmayaraq, Vesper Bakı-2015-də medalla bağlı proqnoz verməkdən yayınıb: “Bu, mümkün qədər yaxşı çıxışdan və təcrübə imkanlarından düzgün istifadə etməkdən asılıdı”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar