Sabah 20 dərəcə isti olacaq - Proqnoz

A3F491E4-4D97-4137-A811-5537DDA25B7C_mw1024_n_shavasAzərbaycanda sabah havanın temperaturu bəzi yerlərdə 20 dərəcəyədək yüksəlsə də, martın 8-də temperatur nisbətən enəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında martın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 7-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

Martın 8-də isə Bakıda şimal küləyinin güclənəcəyi gözlənilir və temperatur nisbətən enəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar