Taleh Xasməmmədov həbsdə qaldı

Məhkəmə hüquq müdafiəçisinin şikayətini təmin etməyib

Şəki Apellyasiya Məhkəməsində hakim İmanverdi Şükürovun sədrliyi ilə hüquq müdafiəçisi Taleh Xasməmmədovun apellyasiya şikayətinə baxılıb.Şikayət Göyçay Rayon Məhkəməsinin hüquq müdafiəçisi barədə bu günlərdə çıxardığı həbs qətimkan qərarının ləğv edilməsilə bağlı olub. Məhkəmə iclasında T.Xasməmmədov və vəkili Nəvaid Abbasovun çıxışları dinlənilsə də, T. Xasməmmədovun ciddi xəstə olması barədə sənədlər təqdim edilsə də, həbsdə saxlanmasının səhhəti üçün çox təhlükəli olduğu qeyd edilsə də apellyasiya şikayəti təmin olunmayıb.

T.Xasməməddovun ev dustaqlığına buraxılması üçün anası İnsan Haqları üzrə Birgə İşçi Qrupuna müraciət edib. Maraqlı odur ki, məhkəmə iclası qapalı keçirilib.

Bu il fevralın 24-də Göyçay Rayon Məhkəməsi hüquq müdafiəçisi T. Xasməmmədovu xuliqanlıq ittihamı ilə həbsə alınıb. Amma ictimai fəallar hüquq müdafiəçsinin həbsinə səbəb kimi onun rayon İcra Hakimiyyətinin qanunsuz əməlllərini ictiamiləşdirməsini göstərirlər. T.Xasməmmədov 2010-cu ildə hüquq müdafiəçisi kimi fəaliyyətinə görə həbs edilib. 2012-ci ildə əfv fərmanı ilə azadlığa çıxıb. (contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar