Rusiyalı müxalifətçi: "Putin dindirilməlidir”
Baxiş sayı:
Dərc olunub:
06/03/2015 - 12:41
“Rusiya prezidenti Vladimir Putin qətlə yetirilən Boris Nemtsovun istintaq işilə bağlı mütləq dindirilməlidir”. Aznews.az xəbər verir ki, bu sözləri rusiyalı müxalifətçi İlya Yaşin “1+1” telekanalında yayımlanan “Hakimiyyət hüququ” verilişində deyib.
“Nemtsovun ölümünə görə Putin siyasi cavabdehlik daşıyır, çünki Rusiyada müxalifətə qarşı düşmənçilik hissini məhz o, yaradıb. Boris Nemtsovun qətli onun üçün sərfəli idi. Bu baxımdan Putin mütləq dindirilməlidir. Nemtsov prezident Putini və onun ətrafındakıları ətraflı və dolğun şəkildə tənqid edən ən parlaq insan idi”, - deyə Nemtsovun dostu və silahdaşı İlya Yaşin əlavə edib.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.