Xədicə İsmayılın həbs müddəti uzadıldı

Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verilib.APA-nın məlumatına görə, X. İsmayılın həbs müddəti mayın 24-dək uzadılıb. Baş Prokurorluğun mətbuat xidmətinin X. İsmayılın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq" radiosu və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Səbayel Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayıla barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət yanvarın 27-də 2 ay uzadılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar