AŞPA bəyanat yaydı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski Azərbaycana reallaşdırdıqları faktaraşdırıcı səfərləri ilə bağlı bəyanat yayıblar.ANS PRESS xəbər verir ki, Avropa Şurasının saytında dərc olunan bəyanatda deyilir ki, onlar səfər çərçivəsində prezident İlham Əliyev, parlament sədri Oqtay Əsədov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, eləcə də Prezident Administrasiyasında, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, vətəndaş cəmiyyətinin üzvləri və beynəlxalq ictimaiyyət üzvləri ilə görüş keçiriblər.

Həmməruzəçilər həbs-qətimkan tədbiri seçilmiş şəxslərin vəkilləri ilə görüşüb, məhbuslara, o cümlədən Anar Məmmədliyə baş çəkiblər.

Sənəddə vurğulanır ki, müzakirələr əsasən bu ilin noyabrında Azərbaycanda baş tutacaq parlament seçkiləri ərəfəsində ictimai-siyasi vəziyyət, məhkəmələrin azadlığı və fəaliyyəti, həmçinin ölkədə insan hüquqları ilə bağlı olub.

Xatırladaq ki, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinskinin və Pedro Aqramuntun Azərbaycana səfəri martın 2-3-də baş tutub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar