“Putinin “Novorossiya” planı iflasa uğrayıb” - Vəfa Quluzadə

Vefa Q“Rusiyanın Ukrayna münaqişəsində qalib gəlməsi inandırıcı deyil. Ona görə ki, Rusiyanın iqtisadiyyatı tənəzzülə uğrayıb. İqtisadiyyatı dirçəltmək üçün isə onlara on illiklər lazımdır. Bu zamana qədər vaxtı hədər yerə sərf ediblər. 90-cı illərin əvvəllərindən etibarən Rusiyada kortəbii vəhşi kapitalizm, ölkənin varidatının talan olması prosesləri gedib. Ona görə bu vəziyyətdə olan çökmüş imperiya dünyanın ən qabaqcıl və ən güclü dövlətlərinə qarşı döyüşə girə bilməz”. Bunu Modern.az-a açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Ukraynanın şərqindəki münaqişənin Pyotr Poroşenko hakimiyyətinə qarşı ciddi etiraza səbəb ola biləcəyi ehtimalından danışarkən deyib. Onun fikrincə, hazırda Ukraynada yeni bir “Maydan”ın reallaşmasını gözləmək tezdir və bununla bağlı konkret nəsə demək mümkün deyil: “Rusiya sülh yolu ilə mübarizədə məğlub olduğuna görə Putun başqa vasitələrdən istifadə edəcək. Putinin adamı Yanukoviç idi, o da ölkədən qaçıb və ondan sonra qərb yönümlülər hakimiyyətə gəlib. Lakin buna baxmayaraq, Putin Ukrayna daxilində qərb yönümlülərin əleyhinə böyük iş aparır ki, yeni bir Yanukoviçi hakimiyyətə gətirə bilsin.

ABŞ isə öz növbəsində Rusiya imperiyasının dirçəlməyini istəmir və əlindən gələni edir ki, Rusiyanın qarşısı alınsın. Məqsəd müxtəlif yollarla, sanksiyalarla Putin rejimini çökdürməkdir. Məsələnin mahiyyəti bundadır. Ona görə də ABŞ və NATO Poroşenkonun arxasında sona kimi möhkəm dayanacaqlar. Putin isə pis vəziyyətdədir. Ona görə ki, onun “Novorossiya” planı iflasa uğradı və o yalnız Luqansk və Donetskdə bəzi rayonları öz nəzarətində saxlaya bildi”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar