ANS-in MTRŞ-ə “Adam içində” cavabı: "Boş-boş danışmasınlar, yekə kişidir..."

“Çox nahaq yerə Milli Teleradio Şurası bizim kanalın “Adam içində” verilişini tənqid edir. Başqa işləri-gücləri yoxdur. Necə yəni veriliş bağlanmalıdır?! Bu nə özbaşınalıqdır?!”. Bu barədə modern.az saytına ANS telekanalının mətbuat müşaviri Mayıs Məmmədov açıqlama verib. Telekanal rəsmisi deyib ki, ANS özəl telekanaldır: “Bilməyənlər bilsin ki, biz özəl, müstəqil kanalıq. Verilişlərimizdə də antimillət, antidövlət, antiAzərbaycan kimi faktlar yoxdur. Onlar nə istəyirlər? İstəyirlər ki, bütün kanallar bir-birinə oxşasın. Köşklərdə qəzet satılır, istəməyən hansınısa alıb oxumur. Bu da onun kimi. Kimin xoşu gəlmir baxmasın, başqa kanallara çevirsin. Biz neyləmişik? Mən də Milli Teleradio Şurasının nümayəndəsi Təvəkkül Dadaşova deyirəm ki, o kimdir, televiziya mütəxəssisidir ki, bizi tənqid edir?!”.

M.Məmmədov deyib ki, Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşovun tənqidindən sonra ANS rəhbərliyi tərəfindən “Adam içində” verilişinin aparıcısı Elgizə hər hansı irad bildirilməyib: “Belə hal baş verməyib. Mən 55 ildir televiziyada çalışıram. Ola bilməz ki, tənqid edənlər televiziyanı məndən yaxşı bilsinlər. Gəlsinlər mənə televiziyanı bildiklərini sübut etsinlər, boş-boş danışmasınlar. Yekə kişidir, mənim onun yaşı qədər stajım var. Xoşuna gəlmir baxma”.

MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov da sosial şəbəkədə verilişlə bağlı öz narazılığını bölüşüb. Onun sözlərinə görə, ANS-in “Adam içində” verilişi artıq “qırmızı xətt”i keçmək üzrədir. “

“Veriliş cəmiyyətdə harada anormal hal varsa, onu müzakirəyə çıxarır. Məsələn, 3 mart tarixində ərin arvadına xəyanəti, ona işgəncə verməsi, ərli qadının başqa kişiyə qoşulub qaçması, kişinin başqasının arvadını qaçırması ilə bağlı konkret şəxslərin timsalında müzakirələr aparıldı. 24-25 fevral tarixində isə zorlama faktı üzərində müzakirə açılmışdı.

Sual oluna bilər ki, hansısa əxlaqsızın, tərbiyəsizin həyat tərzi, işdəkləri cəmiyyətin nəyinə lazımdır? Ümumiyyətlə, verilişin məqsədi nədir? Əgər məqsəd belə halların aradan qaldırılmasına dəstəkdirsə, buna nail olunacağı inandırıcı deyil. Çünki belə hallar həmişə olub və olacaq. Əksinə, efir vasitəsilə ictimailəşdirmək eybəcərliklərin adiləşməsinə və bir növ təbliğinə rəvac verə bilər. Başqa sözlə, antireklam da reklamdı...

Verilişdə hətta bəzən ekspertlər tərəfindən təhqirlərə də yol verilir. Məsələn, 2 fevral tarixində ekspert Kübra Əliyeva (aktrisa) problemi müzakirəyə çıxarılmış qadını belə aşağılamışdı: “Bilirsən səni niyə təhqir edirəm? Ayaq üstə dura bilmirsən, qələt eləyib uşaq doğmusan...sən qələt eləyib evli kişi ilə yatmısan”.

Bu hallar “Adam içində” verilişinin əslində müsbət missiyasına xələ gətirir. Belə ki, verilişdə sosial problemləri olan insanlara dəstək istiqamətində müəyyən işlər görülür. Xüsusilə həftənin cümə günləri veriliş tamamilə vətəndaşaların işlə təmin olunmasına həsr olunur. Bu, orijinal layihədir. Di gəl ki, müzakirəyə çıxarılan bir sıra neqativ mövzular bu müsbət işlərin üzərinə kölgə salmaqdadır” - Təvəkkül Dadaşov qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar