BANAN MAFİYASI AZĞINLAŞIB- İdxal gizlədilir, milyonlar mənimsənilir

Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycana 7630,2 ton Ekvador bananı tədarük edilib. 2013-cü illə müqayisədə leqal idxal 14,8% azalıb. Halbuki istehlak bazarında onun qıtlığı hiss edilməyib.

Azərbaycanda banan və başqa tropik və subtropik meyvələrin idxalı “Alyans-Trans” şirkətinin inhisarındadır. Onların topdan satışı ilə “Meyvəli” bazarı məşğul olur. Yerli mətbuatın məlumatına görə, bu bazar da general Bəylər Eyyubovun nəzarət etdiyi qrupa məxsusdur.

Dörd il əvvəl, 2010-cu ildə Azərbaycan gömrüyündə «rəqəm partlayışı» oldu və 19 min 241,8 ton banan bəyan edildi. İSN yanında Antiinhiar Siyasəti Xidməti bir dəfə də olsun banan bazarında antiinhisar qanunvericiliyinin icrasını yoxlamayıb.

Contact.az-ın məlumatına görə, 2014-cü ild 1 kq banan gömrükdə 0,916 sentə sənədləşdirilib. Bu qiymət illərdir qalır. Pərakəndə satışda banan 2 manatdan ucuz deyil.

Banan ayrı-ayrı malların idxalında inhisarçılığın olmasını göstərən əyani sübutlardandır. Amma Antiinhiar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti bir dəfə də olsun pozuntu ilə bağlı iş qaldırmayıb.

2014-cü ildə ölkədə 1 nəfərə banan istehlakı 950 q-dan 800 q-a azalıb. RF-də bu göstərici 8 kq, Türkiyədə 3 kq, İranda 5 kq-dır.

Əhalisi Azərbaycandan iki dəfə az olan Gürcüstanda banan idxalı qiymət ifadəsində 9,6% artaraq 20 milyon 67 min dollar təşkil edib. Azərbaycanda isə guya, bundan təxminən 3 dəfə az banan gətirilib- təxminən 7 milyin dollarlıq. Bu isə milyonlarla dollarlıq bananın ölkəyə rəsmiləirmədən keçirildiyinin söyləməyə əsas verir.

Beynəlxalq hesabatlara görə (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı), Azərbaycan 1 nəfərə banan istehlakı ildə 1,7 kq-dan az olmayan ölkələrdəndir. Beləliklə, idxalçının gömrük işçiləri ilə sövdələşməsi banan idxalının 2-3 dəfə az göstərilməsi ilə nəticələnir. Bu isə eyni zamanda milyonların büdcədən yayındırılması, şəxsi ciblərə axması deməkdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar