Dövlət sirrini yayanlara qarşı sanksiyalar sərtləşdirildi

Dəyişikliyə əsasən, mövcud müddətlər bir il daha artırılıb

Milli Məclisdə “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun layihəsi müzakirəyə çıxarılıb. Anspress-in məlumatına görə, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib.

O bildirib ki, yeni dəyişikliyə əsasən dövlət sirrini yayanlara qarşı sanksiyalar sərtləşdirilir: “Mövcud variant 2 ildən 5 ilədək və 3 ildən 7 ilədək idi. Dəyişikliyə əsasən, bu müddətlər bir il daha artırılır. Təklif olunan dəyişikliklər Dövlət sirri haqqında qanunvericiliyi təkmilləşdirməyə imkan verir. Hesab edirəm ki, müstəqilliyimizin bu məqamında dövlət sirrini yaymağa görə sanksiyaların sərtləşdirilməsi məqsədə müvafiqdir”, - deyə Əli Hüseynli vurğulayıb.

Qeyd edək ki, “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun layihəsi səsə qoyularaq qəbul edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar