İpoteka ilə alınmış evlər yenidən qiymətləndiriləcək

binaİndiyə qədər Azərbaycanda ipoteka kreditləşməsi yolu ilə əldə edilmiş, girov qoyulmuş daşınmaz əmlaklar yenidən qiymətləndiriləcək. Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondu (AİF) bu işi “MBA” Konsaltinq və Qiymətləndirmə şirkətinə həvalə edib. Bu barədə fins.az-a şirkətin prezidenti Nüsrət İbrahimov məlumat verib. Onun sözlərinə görə, məqsəd AİF-in portfelinin bazar qiymətlərinə uyğun olub-olmadığını yoxlamaqdır: “Fond 2006-cı ildən bəri ipoteka krediti verir. Amma daşınmaz əmlak bazarında qiymətlər o vaxtdan bəri xeyli dəyişib. Yenidən qiymətləndirmə ona görə aparılır ki, Fondun saldosunun müsbət və yaxud mənfi olub-olmadığı müəyyən edilsin”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar