AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Azərbaycana gələcək

Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər üzrə Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Valter martın 12-13-də Azərbaycanda səfərdə olacaq. APA-nın Avropa bürosunun xəbərinə görə, R. Valter səfərinin yekunları əsasındaDağlıq Qarabağ münaqişəsinə dair hesabat hazırlayacaq.

Məruzəçinin Azərbaycana səfəri zamanı ölkə prezidenti, Milli Məclisin sədri və xarici işlər, ədliyyə və müdafiə nazirləri ilə görüşlər keçirməsi nəzərdə tutulub. R. Valterin eyni zamanda, qaçqın və məcburi köçkünlər, eləcə də vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcəyi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar