"Nemtsov Ukrayna hadisələrinə görə öldürülüb" - NATO

NATO baş katibinin müavini Alexander Vershbow bəyan edib ki, onun fikrincə, rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətli hər necə olursa olsun Ukrayna hadisələri ilə bağlıdır.

Onun sözlərinə görə, müxalifətçi son vaxtlar bir çox opponentləri üçün ilk növbədə Moskvanın Ukraynanın şərqində münaqişədə hərbi iştirakının əleyhdarı olub.

Vershbow-un sözlərinə görə, hələ müxalif siyasətçi Boris Nemtsovun qətlindən qabaq aydın idi ki, “Rusiyanın Ukraynaya müdaxiləsi” Rusiya cəmiyyətində get-gedə daha az dəstək alır.

“Prezident Putinin məqsədi, deyəsən, Rusiya Maydanının peyda olmasının qarşısını almaq üçün Ukraynanı zəiflətmək və Rusiyada alternativ fikirləri boğmaqdan ibarətdir. Ötən həftə Boris Nemtsovun dəhşətli qətlindən sonra biz görürük ki, qurbanlar (bu münaqişənin) tək Ukraynanın şərqində deyil. Çaxmağın kim çəkdiyini bilməsək də, biz anlayırıq ki, Boris Nemtsov demokratiya müdafiəçisi və Rusiyanın Ukrayna hadisələrinə qarışmasının əleyhdarı – yəni rəsmi Rusiya təbliğatı tərəfindən “satqın” və ”beşinci kolonna” adlandırılanlardan biri olub”, - Vershbow deyib.

Nemtsovun son məruzəsi Rusiya hərbçilərinin Ukrayna münaqişəsində iştirakına həsr olunubmuş

Vershbow-un sözlərinə görə, Rusiya hökuməti üçün Ukraynanın şərqində böyük sayda Rusiya hərbçilərinin həlak olduğunu əhalidən gizlətmək get-gedə daha da çətinləşir.

Moskva həmişə separatçılar tərəfində Rusiya hərbçiləri deyil, rusiyalı könüllülərin döyüşdüyünü israrla bildiirb (BBC).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar