Bakıda sayt rəhbəri həbs olundu (FOTO)

Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu baş redaktorun paytaxt sakinindən hədə-qorxu yolu ilə pul tələb etməsi barədə birgə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən daxil olan məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında martın 4-də həyata keçirilən tədbirlərlə “Asiya" İnformasiya Agentliyinin baş redaktoru Cəfər Cəfərov paytaxtın Nizami rayonu ərazisində Masallı rayon sakini Sakit Məcidovdan hədə-qorxu ilə tələb etdiyi külli miqdarda dollar alarkən yaxalanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, C. Cəfərov tanışları Sevinc Məmmədsalayeva, Fatmaxanım Qasımova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olub vətəndaşlardan şantaj yolu ilə pul tələb ediblər. Onlar bu niyyətlə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birində zərərçəkənlə görüşüblər. Onda qadınlarla bir yerdə olarkən gizli çəkilmiş fotoşəkillərinin və səs yazısının olduğunu bildirən “baş redaktor” rüsvayedici materialları kütləvi informasiya vasitələrində yayacağı hədəsi ilə 5000 manat tələb edib.

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb və həmin şəxslər həbs edilib.

Hazırda cinayətin digər iştirakçılarının müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir neçə ay əvvəl "Asiya.az" saytının təntənəli təqdimatı keçirilmiş, tədbirdə Etibar Hüseynov başda olmaqla, bir neçə deputat da iştirak etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar