Killer: Nemtsov özünə güvənirdi (FOTO)

Şerstobitov: "Nemtsov fikirləşirdi ki, heç kim ona heç nə edə bilməz"

 Məşhur rusiyalı keçmiş killer Aleksey Şerstobitov Rusiya müxalifət lideri Boris Nemtsovun qətli barədə danışıb. ANS PRESS-in məlumatına görə, killer Nemtsova qarşı sui-qəsdin nə dərəcədə peşəkarlıqla həyata keçirilməsi, nəyə görə qatilin Anna Duritskayanı öldürməməsi barədə açıqlamalar verib.

Onun sözlərinə görə, Boris Nemtsovu öldürmək killer üçün çox çətin olmayıb.

"Çünki siyasətçinin mühafizəçisi yox idi. Boris özündən çox əmin idi ki, ona heç kim heç nə edə bilməyəcək və onu təhlükə gözləmir. Killer elə daha çox bunu nəzərə alır. Çoxları özlərini toxunulmaz hiss edirlər. Bu kiçik nüansdır, amma çox ciddi məsələdir", deyə keçmiş killer bildirib.

Onun sözlərinə görə, siyasətçinin qatili ölməyib və o haradasa gizlənir. Onu heç bir təhlükə gözləmir.

Killer onu da bildirdi ki, qatil izi itirmək üçün böyük ehtimalla Anna Duritskayanı da öldürmək istəyib: "Ola bilsin siyasətçini öldürdükdən sonra qatil özünü itirib və dərhal ərazidən uzaqlaşıb. Bu da ehtimal edilir ki, onun gülləsi bitib".

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar