"Neftin ucuzlaşması heç bir layihənin dayandırılmasına səbəb olmayacaq" - SOCAR

Dünya bazarlarında neftin ucuzlaşması Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən reallaşdırılan layihələrə təsir etməyəcək.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

R. Abdullayev deyib ki, xarici layihələrin maliyyələşməsində heç bir problem yoxdur: "Azərbaycanda reallaşdırılan layihələrin isə maliyyə mənbələri məlumdur. Bu Karbomid zavodu, SOCAR Polipropilen zavodu, Neft-Qaz emalı zavodudur... Neft-Kimya Kompleksinin tikintisi də davam etdirilir. Bir sözlə, işlər plana uyğun gedir".

SOCAR rəhbəri deyib ki, şirkət iştirakçısı olduğu heç bir iri layihədə öz payını digər investorlara satmaq niyyətində deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar