ETİBAR PİRVERDİYEV ERMƏNİLƏRLƏ İŞBİRLİYİ QURUB?- Şok sənəd

“Azərenerji”dən oğurlanan sənədlərdə erməni imzaları aşkarlanıb

Altında “Qrant Tronton” beynəlxalq audit şirkətinin Ermənistan nümayəndəliyinin rəhbərlərinin imzası yer alan məktubun bir hissəsi də hakerlərin ələ keçirdiyi sənədlər arasındadır

“Anonimous” beynəlxalq hakerlər qrupunun “Azərenerji” Qapalı Səhmdar Cəmiyyətinin kompüterlərindən ələ keçirdiyi onlarla sənədin arasında altında erməni imzaları olan yarımçıq sənədin fotosurəti də yer alır.

Virtualaz.org saytının araşdırması zamanı üzə çıxıb ki, kifayət qədər müəmmalı və ilginc görünən bu sənəd “Qrant Tronton” adlı beynəlxalq audit şirkətinin Ermənistandakı törəmə şirkətinin rəhbərləri tərəfindən imzalanıb. Sənədin əvvəlki səhifəsi olmadığından onun kimə və ya hansı təşkilata ünvanlandığını müəyyən etmək mümkün deyil.

Lakin möhürlənmiş və imzalanmış sonuncu səhifədə yazılanlardan məlum olur ki, söhbət şirkətin potensial müştəriyə təklif etdiyi audit və maliyyə xidmətlərindən gedir. Sənədin altında Qaqik Gülbudaqyan və Lilit Arabajyanın imzaları yer alıb. Möhür “Qrant Tronton”un Ermənistan şirkətinə aiddir.

“Qrant Tronton” Azərbaycanda da fəaliyyət göstərir, dövlət strukturlarına və banklara audit-maliyyə xidmətləri göstərir.

Qeyd edək ki, şirkət dünyanın 120 ölkəsində 600-dan çox ofisə malikdir və 35 mindən çox əməkdaşı var. Qaqik Gülbudaqyan isə şirkətin Ermənistan ofisinin rəhbəridir. Lilit Arabajyan şirkətin səhmdarı və rəhbərliyinə daxil olan şəxsdir. Lakin indiki halda onların imzaladığı sənədin bir hissəsinin “Azərenerji”nin komptüterlərindən neçə çıxması müəmmalı olaraq qalır. Görünür, “Azərenerji” hakerlərin qalmaqallı hücumu ilə yanaşı bu detala da aydınlıq gətirməlidir.

Qeyd edək ki, “Anonimous” qrupu “Azərenerji”yə hücumun Ermənistandakı dəstəsi tərəfindən edildiyini və hücumun Azərbaycan hakimiyyətinin siyasətinə qarşı yönəldiyini elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar