NEMTSOVU ÇEÇENLƏR ÖLDÜRÜB, YOXSA ...? - Qətlin sifarişçisi kimdir? - VİDEOLAR

Rusiya müxalifət lideri Boris Nemtsovun qətlində ittiham edilən Zaur Dadayev məhkəmə cinayətini etiraf edib. ANS PRESS-in məlumatına görə, hakim bildirib ki, Dadayev Nemtsovu öldürdüyünü böynuna alıb: "Dadayevin təqsirliyi onun etiraf ifadələri ilə təsdiq edilir".

Həbsin müddəti aprelin 28-nə qədər təyin edilib.

Qeyd edək ki, Boris Nemtsovun qətlinə görə daha iki nəfər Boris Nemtsovun qətlinə görə daha iki nəfər - Baxayev və Əsgərxanov şübhəli bilinirlər. Bu barədə İnquşetiya Təhlükəsizlik Şurasının katibi Albert Baraxoev məlumat verib. Bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti iki nəfəri - Anzor Qubaşev və Zaur Dadayevi həbs edərək qətlin iсraçıları qismində istintaqa сəlb etmişdi. Növbəti iki nəfərə gəlinсə, bunlardan biri A.Qubaşovun kiçik qardaşı, digəri isə avtomobildə Z.Dadayevin yanında olan şəxsdir. Beləliklə, Nemtsovun işi üzrə hazırda 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Məlumatlara görə, saxlanılanlardan Zaur Dadayev Çeçenistanda Şimal batalyonunun komandir köməkçisidir. Anzor Qubaşev isə Moskvadakı özəl mühafizə qurumlarından birində işləyib.

Baraxoevin dediyinə görə, hər iki şəxs milliyyətсə çeçendir. Onların ailələri keçən 60-сı illərdə İnquşetiyaya köçüb. Lakin hər iki şəxs artıq 10 ildir ki, qeydiyyatda olduğu ünvanda yaşаmır.

«İnterfaks»ın yaydığı məlumata görə, iş üzrə çeçen əsilli daha bir şübhəli məyyən edilib. Lakin o, saxlanılarkən dünyasını dəyişib. Belə ki, polislər onun Qroznıdakı mənzilinə basqın ediblər. Bu zaman polislərə qumbara atan şübhəlinin qəlpə yarasından öldüyü bildirilir. Hüquq-mühafizə orqanlarından bildirilib ki, şübhəli şəxsin əlində iki qumbara olub. Əvvəlcə onların birini polislərə tərəf atıb. İkinci ilə isə özünü partladıb.

“Çeçenistanın hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayətkar Qroznının Lev Yaşin küçəsindəki çoxmərtəbəli binada gizlənibmiş. Polis həmin ərazini mühasirəyə alıb və ondan təslim olmağı tələb edib. O isə əvvəlcə polislərə tərəf əl qumbarası atıb. Sonra isəikinci partlayış olub və həmin şəxs aldığı qəlpə yaralarından yerindəcə keçinib. Polisdən və mülki şəxslərdən heç kim xəarət almayıb” – deyə Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

 Zaur Dadayevin Boris Nemtsovu niyə öldürməsinin səbəbi rəsmən açıqlanmayıb. Ancaq APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, istintaq iddia edir ki, Boris Nemtsov İslam və müsəlmanlar haqqında mənfi fikirlər səsləndirdiyinə görə öldürülüb.

Elə bunu təsdiqləyən Çeçenistan rəhbəri Ramzan Kadırov da Zaur Dadayevi “əsl Rusiya patriotu” adlandırıb. O, Dadayevin Daxili Qoşunlarda xidmət edərkən “ən cəsur və mərd döyüşçülərdən biri olduğunu” deyib.

“KİV-lər xəbər verir ki, Zaur məhkəmədə Nemtsovun qətlində iştirakını təsdiqləyib. Zauru tanıyan hər kəs bilir ki, o, dinə dərindən inanan, dindar adamdır. Bütün müsəlmanlar kimi o da “Charlie Hebdo”nun hərəkətlərindən və dərc etdiyi karikaturalara verilən şərhlərdən sarsılmışdı. Əgər məhkəmə Dadayevin günahını sübuta yetirəcəksə, deməli, o, ağır cinayət əməlinə yol verib”- deyə R.Kadırov İnstagramda yazıb. Çeçenistan rəhbəri əmindir ki, Dadayev heç vaxt Rusiyaya qarşı addım atmazdı.

Moskvanın Basmannıy Rayon Məhkəməsinin mətbuat katibi Anna Fadeyeva isə deyib ki, Nemtsovun qətlində adı küçən şübhəlilərdən üçü - Anzor Qubaşov, Ramzat Baxayev və Tamerlan Əsgərxanov ittihamları qəbul etmirlər.

İnquşetiyanın Milli Təhlükəsizlik Şurasının katibi Albert Baraxoyev isə Dadayevlə Qubaşevin 10 ildir bu respublikada yaşamadıqlarını, Dadayevin Çeçenistandakı “Şimal” polkunda batalyon komandirinin müavini olduğunu deyib.

Vəkil Vadim Proxorov Nemtsovun qətli üzrə saxlanılan şəxslərin adlarını ilk dəfə eşitdiyini bildirib. Və saxlanılanlarla bağlı şübhə və tərəddüdlərini dilə gətirib: «Başa düşə bilmirəm ki, Şimali Qafqazın islamçılarına Nemtsov hansı problem yarada bilərdi? Əlbəttə ki, bütün versiyalar yoxlanılmalıdır. Amma hər bir versiya konkret fakta əsaslanmalıdır».

Proxorov istintaqın gedişi ilə bağlı bir çox suallarının olduğunu da deyib: «Bu iki nəfərin saxlanılmasından sonra İstintaq Komitəsinin susqunluq nümayiş etdirməsi məni narahat edir. Anlaya bilmirəm, bu, həmin şəxsləri həbs edən Federal Təhlükəsizlik Xidməti ilə istintaq orqanı arasındakı rəqabətdir, yoxsa ziddiyyət?».

Vəkil onu da əlavə edib ki, Nemtsovun qətli ilə bağlı zərərçəkən qismində kimsə tanınmalıdır və bu şəxs böyük ehtimalla mərhumun anası olaсaq.

Xatırladaq ki, Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. Ona dörd güllə dəyib. Qətllin arxasında Kremlin durduğu ehtimaı edilir. Ona görə də çeçenlərin bu qətli etiraf etmələtnə şübhə ilə yanaşılır. Bunda əvvəl qətli "Yeni Rusiya" terror qruplaşması öz üzərinə götürmüşdü.

Hazırda bu qətli açıq-aşkar radikal islamçılarla bağlamağa cəhd olunr. Ehtimal etmək olar ki, şübhələri Putinin üzərindən götürmək və cinayət işinin açıldığını nümayiş etdirmək üçün "etirafçını" da Çeçenistan rəhbəri Ramzan Kadırov tapıb. Putinin ən yaxın adamlaından olan Kadırovun bunu özbaşına etmədiyi, sifarişi Kremldən aldığı isə şübhə doğurmur.

vefaPolitoloq Vəfa Quluzadə də qətli çeçen radiklların törətməsi versiyasını inandırıcı saymır. O, Azadlıq Radiosuna müsahibəsində deyib:«Şəxsən mən bunu tamamilə inandırıcı saymıram. Məsələ başqadır. Boris Nemtsov müxalifət lideriydi, iqtidarın ən şiddətli tənqidçilərindən idi, o böyük bir mitinq ərəfəsində qətlə yetirildi. Buna görə də bu gün Rusiyada böyük rəy bu qətli Kremllə əlaqələndirir. Son versiya isə qəbul edilmir. Belə çıxır ki, çeçenlər Çeçenistandan durub Moskvaya gəlib belə bir qətl törədiblər?

Özü də Kremlin iki addımlığında. Buna dünyanın heç bir yerində inanmırlar. Nemtsovun qızı bu günlərdə dedi ki, atasını apardığı siyasətə görə öldürüblər, o da islama qarşı siyasət aparmırdı ki, avtoritarizmə qarşı mübarizə aparırdı. Elə ilk gündən Moskvada müstəqil dairələr, müxalifət əsl qatillərin, onun sifarişçilərinin tapılmayacağını, ortaya saxta səbəblər qoyulacağını deyirdi. Belə də oldu. Bu versiya heç inandırıcı deyil».

Bəs bu versiyaya heç kim inanmırsa, o zaman niyə rəsmi versiya kimi vəsiqə verilir? Vəfa Quluzadə deyir ki, bu gün Kremlə Qərbi inandırmaq lazım deyil, bu versiya daxili təbliğat üçün düşünülüb: «Həmin versiya aşağılar üçündür. Rusiyanın 20 faizini təşkil edən ziyalılar, intelligensiya isə buna inanmayacaq».

Vəfa Quluzadə bir məqama da diqqət çəkir. Onun sözlərincə, bu gün Rusiyada antisemitizm çox güclüdür, sadəcə, hakimiyyət onun alovlanmasına imkan vermir:

«Nemtsovun anası yəhudi idi, ona görə bu ölüm antisemitistlərin ürəyindəndir. Bundan başqa, bu ölkədə 20 milyon müsəlman yaşayır. Bu gün Nemtsov-un qətlinin «Charlie Hebdo»ya, islamı təhqir edən karikaturaçılara bağlanması müsəlmanların da maraqlarına xidmət edir. Bu versiya bütün mürtəce qüvvələrə xidmət edir».

Rusiyanın qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun müttəfiqi İlya Yashin bu məsələnin islamçılarla bağlı olmasının mümkünlüyünü şübhə altında qoyur. Nemtsovun partiyasının həmsədri olan Yashin martın 9-da özünün Twitter səhifəsində yazıb ki, müstənqiqlərin belə bir mənasız versiyası Kremli qane edir və prezident Putini “atəş xətti”, hədəfdən çıxarır. O qeyd edib ki, tətiyi çəkən mühakimə olunacaq, qətlin sifarişçisi isə azadlıqda gəzəcək.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar