Milli Şuranın mitinqinə icazə verildi

Müxalifətin bahalaşma əleyhinə aksiyası “Məhsul” stadionunda keçiriləcək

Bu barədə AXCP funksioneri, Milli Şuranın mitinq komitəsinin üzvü Seymur Həzi bildirib: “BŞİH Milli Şuranın mitinqinin keçirilməsinə razılıq verdi. Mitinq saat 16:00-dan 18:00-da Yasamal rayonundakı “Məhsul” stadionunda baş tutacaq. ”

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı mitinqlə bağlı təşkilati işlərlə bağlı danışıb: “Dekabrın 13-də Müsavat Partiyasının qərargahında mitinqlə bağlı Sədrlər Şurasının növbədənkənar iclası olacaq. Biz bu aksiyanın kütləvi keçirilməsi üçün maksimum çalışırıq. Vətəndaşlarımız da öz talelərinə biganə qalmamalıdırlar. Xalq hökumətin onun cibinə bu cür girməsinə etiraz etməli, öz haqqı uğrunda mübarizə aparmalı, Milli Şuranın bu istiqamətdə apardığı mübarizə yaxından dəstək verməlidir”.

Xatırladaq ki, Milli Şura hökumətin son bahalaşma siyasətinə etiraz olaraq mitinq keçirmək qərarı qəbul edib. Mitinq “Bahalaşmaya son”, “Qiymətlər endirilsin”, “Dövlət əhaliyə xidmət etmək üçündür” və s. şüarlarla keçiriləcək.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar