Kremldən yeni İbrahimbəyov açıqlaması

Rusiya prezidenti yanında vətəndaşlıq məsələləri üzrə komissiya Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından məhrum edilməsi məsələsinə hələ aydınlıq gətirməyib.

Komissiyadan virtualaz.org-un sorğusuna cavab olaraq deyiblər ki, onlarda bu məsələ barədə konkret və dəqiq informasiya yoxdur. Qurumdan ona yazılı şəkildə müraciət etməyimizi də xahiş etdilər.

Bundan sonra saytımızın müxbiri Rusiya prezidenti Vladimir Putinin mətbuat katibinə də müraciət edib. Müxbirimiz ondan Azərbaycandakı müxalifətçi Milli Şuranın Rusiyanın dövlət başçısına bu qurumun və anti-Əliyev qüvvələrin vahid namizədinin – İbrahimbəyovun Rusiya vətəndaşlığından məhrum edilməsini sürətləndirmək üçün müraciət etməsi niyyətinə şərh verməyi rica edib. Suallarımız belə idi: prezident Vladimir Putin Rusiya qanunvericiliyinə uyğun olaraq bu prosesi sürətləndirə bilərmi? Kremlin bu məsələyə dair mövqeyi necədir?

Rusiya prezidentinin mətbuat katibliyinin əməkdaşı da cavabında bildirdi ki, onlara bununla bağlı yazılı sorğu göndərmək lazımdır. Bununla yanaşı onu da əlavə etdilər ki, Rusiya prezidenti yanında vətəndaşlıq məsələləri üzrə komissiyanın fəaliyyətinə dair müddəaya əsasən qurumun iclaslarının keçirilmə vaxtları Rusiya prezidenti tərəfindən təyin olunur və bu məsələ dövlət başçısının şəxsi rəyindən asılıdır, belə ki, istədiyi vaxtı seçə bilər. Kremldən bildirildiyinə görə, bu günə, yəni iyulun 31-dək prezident V.Putin Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından məhrum edilməsi məsələsinə dair heç bir iclas keçirməyib və belə bir iclas da çağırmayıb.

Halbuki R.İbrahimbəyov özü bəyan etmişdiki, bu məsələ iyulun sonlarında sözügedən komissiyada müzakirəyə çıxarılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar