“Rəsul Quliyev indiyə qədər ACP-yə 1 qəpik də yardım etməyib”

"Mən sədr olacaqdımsa, Sülhəddin Əkbər niyə sonradan partiyaya gətirilirdi? Elə məni təyin edərdilər də...”

“Məndə olan məlumata görə, Rəsul Quliyev heç vaxt partiyaya pul verməyib ki, dayandırsın, bu da partiyada narazılıq yaratsın”.

Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva ACP lideri Rəsul Quliyevin partiyaya maddi yardımı kəsməsi ilə bağlı informasiyalara münasibət bildirərkən deyib.

Z. Dünyamalıyeva bildirib ki, R. Quliyev indiyə kimi partiyaya maddi yardım göstərməyib: “Partiya qərargahdan çıxarılıb. Lakin bu o demək deyil ki, bu, Rəsul Quliyev pul vermədiyinə görə baş verib”.

ACP funksioneri R. Quliyevin onu partiya sədrliyinə gətirəcəyi ilə bağlı xəbərə də münasibət bildirib: “Bu da yanlış informasiyadır. Sülhəddin Əkbər Müsavat Partiyasında başqan müşaviri idi, amma mən ACP-də ikinci şəxs idim. Mən sədr olacaqdımsa, Sülhəddin Əkbər niyə sonradan partiyaya gətirilirdi? Elə məni təyin edərdilər də...”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar