PUTİN N��Y�� YOXA ÇIXMDI? -<span class="red-word"> Həqiq��tlər gizli qald�span>...

Sankt-Peterburqda keçirilən danışıqlar niyə iki saatlıq gecikmə ilə başlayıb?

Qırğızıstan prezidenti Putinin bel ağrılarına işarə etdi: “Rusiya prezidenti nəinki yeriyir, üstəlik maşın da sürür”

Martın 5-dən bəri ictimaiyyət qarşısında görünməyən Rusiya prezidenti Vladimir Putin haqda müəmmaya onun martın 16-da Sank-Peterburqada qırğızıstanlı həmkarı Almazbek Atambayevlə görüşündə nöqtə qoyulmalı idi. Qırğızıstan prezidenti Almazbek Atambayev şimal paytaxtına Putindən bir gün əvvəl martın 15-də axşam gəlib. Dövlət başçısını “Pulkovo” aeroportunda Sankt-Peterburqun qubernatoru Qeorgi Poltavçenko qarşılayıb.

“Dojd” telekanalının məlumatına görə, son günlər Rusiya prezidenti Novqorod vilayətində Valday gölünün ətrafında yerləşən iqamətgahında olub və Sankt-Peterburqa da buradan yola düşəcəyi bildirilirdi.

Məlumatlarda deyilirdi ki, martın 20-də Astanada Putinin Qazaxıstan lideri Nursultan Nazarbayev və Belarus prezidenti Aleksandr Lukaşenko ilə martın 13-də təxirə salınmış görüşü də olacaq. Nazarbayevin mətbuat katibi Dauren Abayevin sözlərinə görə, görüş martın 20-də baş tutacaq. “Bu günə Rusiya və Belorus tərəfləri görüşdə iştirak edəcəklərini təsdiqləyiblər” deyə, Abayev bildirib. Mətbuat katibi onu da deyib ki, martın 13-də olası görüşün vaxtının dəyişdirilməsi prezidentlərin iş qrafiklərinin sıxlığı ilə bağlı olub. Kremldəki mənbə görüş olacağı barədə xəbərləri “İnterfaks” agentliyinə təsdiqləyib.

Bütün dünyanın diqqəti Sankt-Peterburqa dikilərkən Müdafiə Nazirliyinin yaydığı bir məlumat Rusiya hakimiyyətində baş verənlərlə bağlı müəmmaları azaltmayıb, əksinə, “nə baş verir?” suallarını daha da artırıb. Belə ki, Vladimir Putin martın 16-da Moskva vaxtilə saat 08:00-dan etibarən Şimal donanması və Qərb hərbi dairəsinin, eləcə də Hava-Desant Qoşunlarının ayrı-ayrı bölmələrinin tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib. Bu barədə məlumatı Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada Milli müdafiə idarəetməsi mərkəzində bəyan edib. Vaxtaşırı keçirilən qəfil yoxlamaya 38 min hərbçi, 3,36 min hərbi texnika, 41 gəmi, 15 sualtı qayıq, 110 təyyarə və helikopter cəlb olunub.

Eyni zamanda Silahlı Qüvvələr növlərinin baş komandanlarına, qoşun növləri komandanlarına, Müdafiə Nazirliyinin əsas və mərkəzi idarələrinin rəislərinə direktiv göstərişlərin olduğu zərflər verilib. Rusiya Şimal donanmasının əsasını atom raket və torpedo sualtı qayıqları, raket daşıyan və qayıq əleyhinə aviasiya, raket, aviadaşıyıcı və qayıq əleyhinə gəmilər təşkil edir.

Görüş ərəfəsi Rusiya prezidenti ilə bağlı şayiələr yenə kəsilməyib. Avstriyanın “Kurier” nəşri Putinin görüşündən bir gün əvvəl öz mənbələrinə istinadən yazıb ki, Rusiya prezidentin belində güclü ağrılar var və onun üçün Moskvaya Avstriyadan həkim çağırılıb.

İsrailin Rusiyadakı keçmiş səfiri Tsvi Maqen “İl Giornale” qəzetinə sensasion açıqlamasında deyib ki, Kremldə hərbçilərin yerdəyişməsi hakimiyyətin dəyişdiyinə dəlalət edir. Qəzetin yazdığına görə, bir tərəfdən nüfuzlu mənbələr Putinin martın 5-dən bu yana görünmədiyi bir vaxtda qəribə nəsə baş vermədiyini deyirlər. O biri tərəfdən şayiələr dayanmır. İsraildə isə hesab edirlər ki, Rusiyada Putinin devrilməsi ilə nəticələnən çevriliş baş verib. “Mən dövlət çevrilişinin xeyli əlamətini müşahidə edirəm. Hərbçilərin Kreml ətrafında hərəkəti onu göstərir ki, ya rəhbərliyin əvəzlənməsi baş verib, ya ən azından buna cəhd edilir” deyə, keçmiş səfir deyib . İsrail diplomatı bildirib ki, çevriliş ordu daxilində qarşıduran tərəflər və ya “nüfuzlu sahibkarlar” tərəfindən həyata keçirilə bilər.

“Əgər Vladimir Putin Qırğızıstan prezidenti ilə planlaşdırılmış görüşə gəlməsə, o zaman biz Rusiyada hakimiyyət uğrunda kəskin mübarizənin başladığını deyə bilərik”. “Putinin kleptokratiyası” adlı kitabın müəllifi israilli professor Karen Davişa “The Marker”ə belə deyib.

K.Davişanın sözlərinə görə, istənilən ssenari, o cümlədən hərbi çevriliş mümkündür. Qəzet diqqəti ona cəlb edir ki, xarici işlər naziri Sergey Lavrov istisna olmaqla, Putinlə birlikdə nazirlərin çoxu da yoxa çıxıb.

Dünən Bakı vaxtilə saat 15 radələrində newsru.com saytı “Putin mübhəmlikdən sonra Qırğızıstan prezidenti ilə görüşmək üçün Sankt-Peterburqa gəldi” başlığı ilə xəbər yayıb. Xəbərdə bildirilib ki, görüşdən əvvəl hər iki prezident jurnalistlər qarşısına çıxıb və şəkil çəkdiriblər. Rusiya prezidenti uzun müddət görünməməsi ilə bağlı yayılmış şayiələrə zarafatla cavab verib: “Dedi-qodusuz darıxdırıcı olardı”.

Putinin səhhəti barədə şayiələri Atambayev də şərh edib. “Az əvvəl Vladimir Vladimiroviç məni Konstantinovsk sarayının ərazisində maşınla gəzdirdi, sükan arxasında özü idi, ona görə ki, dedi-qodular az olsun. Rusiya prezidenti nəinki yeriyir, üstəlik, maşın da sürür, sükan arxasına keçib qonaqları gəzdirir” deyə, Atambayev əlavə edib. BBC-tin xəbərinə görə, Sankt-Peterburqdakı Konstantinov sarayında keçirilən danışıqlar iki saatlıq gecikmə ilə başlayıb.

Atambayev Putin haqda “nəinki yeriyir, üstəlikb maşın da sürür” sözləri ilə Rusiya prezidentinin görünməməsinin belindəki ağrılarla bağlı olduğu barədə xəbərlərin həqiqətə daha yaxın olduğuna işarə etmiş olub. Qeyd edək ki, 2012-ci ilin noyabr-dekabr aylarında da Putinin bel ağrılarından ciddi əziyyət çəkdiyinə dair xəbərlər yayılmışdı. Həmin ilin dekabr ayının 4-də İstanbulda Rusiya-Türkiyə Yüksək səviyyəli Strateji İşbirliyi toplantısında ölkənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşündə Putinin ağrıları şiddətlənmişdi. Dolmabaxçada görüşündə bel ağrıları səbəbindən oturmağa çətinlik çəkən Putinə Ərdoğan yardım etmişdi. Bu ilin may ayında Ukrayna mediası Putinin onurğasında sarkoma olduğu və onun ömrünə az bir müddət qaldığı barədə xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki, prezidentin xəstəlik diaqnozu “100 faizdir və Putin 2015-ci ildən o yana yaşamayacaq”. Sözügedən xəstəliyə - qığırdaqlararası bəd xassəli şişə insanların əsasən 50-60 yaş arasında tutulduğu deyilir. Bu zaman kəskin ağrılar meydana gəlir. Həkimlər bu xəstəliyə tutulan insanların 5 ildən sonra ölümə düçar olmasını proqnozlaşdırırlar.

PutinPutinin məhz 16 martda üzə çıxmasının Krım və Sevastopolun Rusiyaya birləşdirilməsi haqda referendumun ildönümünün bayram edilməsi ilə bir günə təsadüf etməsi də diqqət çəkir və güman ki, simvolik mənası da var. Putin Krımın ilhaqı ilə bağlı verdiyi qərarı yenə də ciddi müdafiə edir. Yeri gəlmişkən, martın 16-da amerikalı senator Con Makkeyn Putinin yeni işğal planlarından danışıb. O, Putinin əsas məqsədinin Kiyevi tutmaqdan ibarət olduğunu bildirib: “Putini saxlamağın sirri Reyqanın dediyi ”sülh savaşdan keçir" ifadəsində gizlənib.

Biz Ukraynaya yardım edirik, yaxınlıqdakı NATO ölkələri olan Polşa, Rumıniya, Latviya və digərlərini hərəkətə keçiririk. Bax, bundan sonra biz Putinə dəqiq şəkildə anlamağa imkan veririk ki, o öz aqressiyasına görə nə dərəcədə böyük cavab verəcək. Putin keçmiş KQB agentidir və özünün də dediyi kimi, Rusiya imperiyasını bərpa etmək istəyir. Ukraynanı isə o, öz planında əsas məqam kimi görür. Çünki Rusiya Kiyevdən başlayıb".

“The Atlantic” nəşrində “Rusiya Putindən sonra” başlıqlı məqaləsində tanınmış jurnalist Mett Skyavensa yazıb ki, Rusiya prezidenti yenidən görünsə belə, onun bir müddətlik yoxluğu hakimiyyətinin laxlaması barədə yayılmış xəbərləri təkzib etmir. Analitik “Putin ölərsə...” hipotetik sualının cavabında hakimiyyətin baş nazir Dmitri Medvedyevə keçə biləcəyi ehtimalına toxunub. Onun fikrincə, Medvedyevin 3 ay ərzində yeni prezident seçkilərinin keçirilməsinədək ölkəni idarə edə biləcək təcrübəsi var. O, 62 yaşlı Putinin səhhətinin qaydasında olması ilə bağlı rəsmi xəbərlərə də ironik yanaşıb: “Kim Çen İrin də (Şimali Koreya lideri) cəmi 69 yaşı vardı və heç kim onun 2011-ci ildə öləcəyini gözləmirdi”.

“Fox News”də ABŞ ordusunun istefada olan zabiti, yazıçı-analitik Ralf Piterson isə məqaləsində Qərb liderlərinin Putinlə mübarizədə uduzduğunu yazıb.

Prezidentin nəhayət ki, özü barədə yayılmış ən ağlasığmaz versiyalara nöqtə qoyduğu gün Şimal donanmasının və Qərb hərbi dairəsinin, eləcə də Hava-Desant Qoşunlarının ayrı-ayrı bölmələrinin tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verməsi də təsadüfə oxşamır. Çünki hətta Qərb mənbələri belə Putinin Rusiya generaliteti tərəfindən nəzarətə alındığını, hətta dövlət çevrilişi həyat keçirdiklərini iddia edirdilər. Rusiya İslam Komitəsinin sədri, tanınmış filosof alim Heydər Camal Gürcüstan televiziyasına demişdi ki, “Putin neytrallaşdırılıb və bu və ya digər səviyyədə dövlət çevrilişi həyata keçirmək iqtidarında olan güc strukturlarının nəzarəti altındadır”. H.Camal iddia edirdi ki, Rusiya prezidentinin martın 16-sı və 17-nə təyin edilən görüşləri ilə bağlı xəbərlər yalnız vaxt qazanmaq üçündür və ola bilsin ki, onunla anlaşma əldə etmək üçün danışıqlar aparılır.

Putinin “yoxa çıxmağı” ətrafında bu qədər gərginliyin və şayiələrin yayılması martın 16-da nöqtələndi. Bu, kimin tərəfindən düşünülməsindən, informasiya müharibəsində kimin udub, kimin uduzduğundan asılı olmayaraq, “Rusiyada qapalı rejim”in hakim olduğunu bir daha təsdiqlədi. Putinin niyə yoxa çıxdığı, niyə görüşlərini ertələdiyi haqda xəbərlərə 10 gün sonra da aydınlıq gəlmədi.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar