"BUNA GÖRƏ MANATI UCUZLAŞDIRDIQ..." - Elman Rüstəmovdan AÇIQLMA

elman_Rustamov_elman"Son günlər ajiotajı yatırtmağa gündəlik yarım milyard dollar xərcləyirdik".ANS PRESS-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə çıxışı zamanı deyib. O bildirib ki, manat kütləsinin 70 faizi dollar çevrilə bilərdi və nəticədə milli valyuta üzərində nəzarəti itirə bilərdik:"Məhz buna görə, manatın kəskin korreksiyasına getdik. Manatın məzənnəsinin dollara nisbətdə aşağı düşməsinin cəmiyyətdə yaratdığı həyəcanı müşahidə etdik. Biz böyük bir ajiotajın şahidi olduq. Dolların bahalaşması barədə qərar qəbul olunmasaydı, bunun çox ağır nəticələri ola bilərdi. Biz strateji olaraq ciddi uduşlar əldə etdik. Bu qərər strateji maraqlara xidmət edir. Bu qərar olmasaydı bir neçə ildə dəfələrlə denominasiyaya gedə bilərdik”.

E.Rüstəmov qeyd edib ki, son 3 ildə rus rublu 93 faiz, türk lirəsi 42 faiz lari 30 faiz ucuzlaşıb. AMB sədri bildirib ki, belə halda ixracatçılar itirirlər: "20 ildir Azərbaycanda makro-iqtisadi sabitlikdi. 2005-2010-cu ildə quruculuq işləri həyata keçirilib. Xarici balansın profsiti 115 milyard idi. İqtisadi artımın 35 faiz olduğu illərdə birrəqəmli inflyasiya formalaşdı. Lakin xarici balansda baş verən məsələlər bizi manatın məzənnəsinə qayıtmağa məcbur etdi. Korreksiyaya uğrayan manat deyil, neftin qiymətinin 2 dəfə azalmasıdır".

Qeyd edək ki, manatı kəsgin ucuzlaşdırmazdn 3 gün qabaq Elman Rüstəmov televiziya ilə çıxışş edərək manatın kəskin korreksiyasına gedilməyəcəyini bəyan etmişdi. İndi onun açılaması xalqı niyə aldatdığını izah etməyə bənzəyir.

---------

6elmanAzərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov manatın ucuzlaşması məsələsinə aydınlıq gətirib. Trend-in məlumatına görə, E.Rüstəmov manatın devalvasiyasını neftin ucuzlaşması ilə əlaqələndirib.

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı E.Rüstəmov 2008-ci ildə də neftin qiymətinin ucuzlaşmasına toxunub.

Mərkəzi Bankın sədri qeyd edib ki, o zaman manatın sabitliyi təmin edildi: “O zaman biz manatın sabitliyini təmin etdik. Biz təxminən 1 milyard manatdan artıq vəsait sərf edərək manatın sabitliyini saxladıq. O zaman neftin qısa zamanda qiyməti sabitləşdi və biz xərclədiyimiz vəsaiti geri qaytara bildik”.

E.Rüstəmov deyib ki, 2014-cü ildən bəri neftin qiymətinin iki dəfə ucuzlaşması yeni bir fenomendir. O, qeyd edib ki, ekspertlərin, beynəlxalq investisiya təşkilatlarının qiymətləndirməsinə görə bu ucuzlaşma 80-ci illərin əvvəlində baş vermiş ucuzlaşmadır: “Həm ekspertlərin, həm də beynəlxalq investisiya banklarının proqnozuna görə neftin ucuzlaşması hələ davam edəcək”.

AMB rəhbəri neftin qiymətinin uzun müddət ərzində artmayacağı barədə proqnozların verildiyini xatırladıb: “Neftin qiymətinin 50 dollar olacağı təqdirdə ölkənin xarici balansı profisiti 5 dəfə azalacaq, 40 dollar olacağı təqdirdə mənfi zonaya keçəcək”.

E.Rüstəmov deyib ki, ölkənin kifayət qədər valyuta ehtiyatı var, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri düzgün idarə olunur: “Amma köhnə siyasəti davam etdirsəydik, həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatları sıfırlaşardı. Buna görə də, bu proseslərə reaksiya verməliyik”.

Elman Rüstəmov manatın ucuzlaşması məsələsinə də aydınlıq gətirib. O, manatın devalvasiyasını neftin ucuzlaşması ilə əlaqələndirib. Mərkəzi Bankın sədri 2008-ci ildə də neftin qiymətinin ucuzlaşmasına toxunub. E.Rüstəmov qeyd edib ki, o zaman manatın sabitliyi təmin edildi: “O zaman biz manatın sabitliyini təmin etdik. Biz təxminən 1 milyard manatdan artıq vəsait sərf edərək manatın sabitliyini saxladıq. O zaman neftin qısa zamanda qiyməti sabitləşdi və biz xərclədiyimiz vəsaiti geri qaytara bildik”.

AMB rəhbəri ölkədə fəaliyyət göstərən kommersiya banklarına valyuta ehtiyatlarını restrukturizasiya etməyi tövsiyə edib. Banklara kreditlərin vaxtının uzatmağı və faiz dərəcələrini aşağı salmağı məsləhət görüb.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar