Ermənilərdən Aygünə dəvət gəldi -FOTOLAR

Xalq artisti Aygün Kazımova namizəd olduğu dünyanın ən məşhur musiqi mükafatı “Big Apple Music Awards”dan imtina edib.ANS PRESS-in məlumatına görə, bu ilin iyun ayında baş tutacaq təqdimetmə mərasiminə artıq dəvət alan Kazımova dəvəti rədd edib.

İfaçı adıçəkilən yarışmada iştirak etməkdən imtina etdiyini sosial şəbəkədə özü yazıb. Xalq artisti bu qərarını təşkilatçıların erməni olması ilə əlaqələndirib: “Mən bu yarışmadan imtina edirəm. Səbəb isə təşkilatçıların erməni olmasıdır. Sevənlərim səs göndərməsinlər...”

Artıq 20 mart tarixindən Aygün Kazımovanın adı müsabiqənin rəsmi saytında səs vermədə istirak etmək üçün yerləşdirilib. “Big Apple Music Awards”a namizədlər sırasında Kazımova ilə yanaşı azərbaycanlı müğənnilərdən Röya, Dilarə Kazımova və EMİNin də (Emin Ağalarov) da var. Xaql artisti imtina etdi, onların bu dəvəti necə qəbul edəcəyi isə hələ məlum deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar