LENİNİ BELƏ ÇİMİZDİRİRLƏR- VİDEO, FOTOLAR + 16

SSRİ-nin banisinin mumyalanmış nəşinin yuyulma prosesinin videosu yayılıb

Rusiyanın paytaxtı Moskvada yerləşən Lenin Mavzoleyinin 2 ay müddətinə bağlanmasının əsl səbəbi bəlli oldu.ANS PRESS-in məlumatına görə, rəsmi açıqlamada 16 fevraldan 16 aprelə qədər mavzoleyin ziyarətçilərin üzünə bağlanması aparılan profilaktik işlərlə əlaqələndirilir. Əsas mahiyyət isə dünya proletariatlarının liderinin mumyalanmış cəsədinin yuyulmasıdır.

91 ildir dünyasını dəyişən Leninin cəsədi hər il yaz aylarında xüsusi məhlullarla yuyulur və o məhlulların içində saxlanılır. Maraqlıdır ki, SSRİ-nin qurucusunun hamam günü nə az, nə çox 2 ay sürür. Vladimir İliç Leninin mumiyalanmış nəşi üzərində Ümumrusiya dərman və aromatik bitkilər insititutu mütəxəssilərindən ibarət qrup işləyir.

Vladimir İliç Lenin 22 aprel 1870-ci ildə doğulub, 21 yanvar 1924-cü ildə dünyasını dəyişib. Lenin mavzoleyi onun ölümündən qısa müddət sonra elə 1924-cü ildə açılıb. Leninin ilk məzarı taxtadan hazırlanmışdı və ora giriş məhdudiyyəti var idi. Tezliklə arxitektor Şusevin layihəsi əsasında yeni Mavzoley ucaldılır. Daşdan olan 3-cü və sonuncu Mavzoley isə yenə də Şusevin layihəsi əsasında 1930-cu ildə tikilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar