ÖLKƏDƏKİ BAHALIĞIN SƏBƏBİ GÖMRÜKDƏN BAŞLAYIR - Böyük fərqi göstərən İNFOQRAFİKA
Bazar od tutub yanır”... Bayram ərəfəsində bu ifadə daha çox eşidilir desək, yəqin ki, yanılmarıq. Alıcı bahalıqdan, satıcı zəif alverdən şikayətlənir. Azərbaycanda qiymətlər nə qədər bahadır? Bahalığa səbəb və ya səbəblər nədir?
BİR TOYUQ 57 QƏPİK?
Dövlət Statistika Komitəsinin bu yaxınlarda 2014-cü ilin idxal mallarının göstəricisi ilə bağlı yaydığı məlumatdan sonra Nizami Şərifovun nə demək istədiyi anlaşılır. Məlum olur ki, bir ədəd diri toyuq Azərbaycan Gömrüyündə idxal dəyəri 57 qəpiyə rəsmiləşdirirlir. Və ya Azərbaycan bazarında 1 manat 80 qəpiyə satılan düyünün kilosu cəmi 25 qəpikdir:
İRANLI SAHİBKAR: “3 MANATLIQ MAL 15 MANATADIR”
VERGİDƏN YAYINMAQ ÜÇÜN?
Millət vəkili İlyas İsmayılov bu günlərdə yerli mediaya müsahibəsində Azərbaycandakı bahalığa görə Gömrük Komitəsini suçlayıb. Bildirib ki, əvvəlla Gömrükdə hər kəsə bərabər imkanlar yaradılmır, heç bir qanuni əsas olmadan bəzi malların ölkəyə buraxılmasına qadağa qoyulur, rüşvət və digər hallar daxili bazarda bahalaşma yaradır.
Azərbaycanda İqtisadiyyat və Sənaye Nazirliyi Yanında Anti-İnhisar Siyasəti və İshelakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidməti fəaliyyət göstərir. Bu xidmətin əsas məqsədlərindən biri də ölkədə inhisarın qarşısını almaqdır.
“HÖKUMƏT İSTƏSƏ, UCUZLUQ OLAR”
İqtisadçı Qubad İbadoğlu bildirir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yalnız mağazalarda deyil, həm də idxalla bağlı monitorinqlər aparmalıdır. Ayda bir dəfə əsas istehlak mallarının idxal qiymətləri ilə pərakəndə satış qiymətlərinin müqayisəli cədvəlini hazırlayıb, dövrü mətbuatda nəşr etməlidir. Q.İbadoğlunun fikrincə, Azərbaycanın istehlak bazarında idxal mallarının qiyməti bir neçə dəfə uzulaşa bilər.
Dövlət Gömrük Komitəsi illərdir ölkədə inhisarçılığa şərait yaradan əsas qurum kimi tənqid edilir. Amma nadir hallarda olsa da Komitə rəsmiləri jurnalistlərlə ünsiyyətlərində ittihamları rədd edir, əksinə Gömrük Komitəsinin bir neçə istiqamət üzrə əsas şəffaflıq mükafatlarına layiq görüldüyünü, bu Komitədə çoxdandır bir pəncərə qaydasının tətbiq edildiyini bildirirlər.(Azadlıq radiosu)
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.