QORXAQ SERJİKİN "KƏRTƏNKƏLƏ" GÖZLƏRİ - «Bremen musiqiçiləri» cəm olacaq?

Azərbaycan öz vətəndaşlarına sahib çıxmalıdır!

Xəbər gəldi ki, bəs, gözünüz aydın, Fransanın prezidenti (Fransua müəllim) də İrəvana gələcək - «genosid» deyib, ağlamaq üçün. Bundan əvvəl isə xəbər çatmışdı ki, Rusiyanınkı da (Putin müəllim) gələcək və göz yaşlarını sel kimi axıdacaq. Sonra isə yəqin ki, hər ikisi də Türkiyəyə tərəf dönüb, «biz dost və strateji tərəfdaş dövlətlərik, üstəlik, Azərbaycan da bizim canbir qardaşımızdır» - deməkdən utanmayacaqlar. Bircə qalır Obama müəllim - o da gəlib, bir qədər «genosid laylası» desəydi, lap «Bremen müsiqiçiləri» triosu cəm olardı...

Nə isə, kef onlarındır - nə istəsələr, yaparlar. Amma onların hər biri hamıdan yaxşı bilir ki, tarixin heç bir dönəmində, dünyanın heç bir bölgəsində «erməni genosidi» deyilən şey olmayıb. Belədə, bəs bu hörmətli zatlar İrəvana nəyin yubileyinə gəlirlər və gəlib orada nə deyəcəklar? Bunu buraxıram hörmətli urusun, firəngin və amerikalının vicdanının öhdəsinə - qoy, bir özləri bilsin, bir də Allahları. Bununla belə, «Bremen musiqiçiləri»nin ünvanına bir ismarıc yollamaq istəyirəm - cənab «musiqiçilər», nə çalırsınız çalın, biz daha sizlərə inanmırıq. İnanmadığımız qədərində də, rica edirik - «Minsk qrupu»ndan çıxıb gedin, bəsdir ki, 20 il bizi axmaq yerinə qoydunuz. İndi yerinizi verin az-çox vicdanı olan dövlətlərə, ya da ki, heç Minsk qrupu-filan bizə lazım deyil. Allah xatirinə, çəkilin kənara, imkan verin, ermənilərlə özümüz danışıb-bilişək, gələcəyimizə bir gün ağlayaq!

Odey, artıq cana doymuş Ağdərə erməniləri Ersənistandan gəlmiş silahlı quldurları qovurlar - imkan vermirlər ki, onların kənd-kəsəyindən bizim tərəfə güllə atsınlar. Nədən ki, qorxurlar... qorxurlar ki, quldurlar atsa, bizimkilər də onlar tərəfə atacaqlar. Nəticədə, tələf olan, şikəst olan yerli ermənilər olacaq...

Bir neçə gün əvvəl Xocavənddən (Martunidən) olan bir erməni əsgər təslim olaraq, bizim tərəfə keçib. Dediyinə, görə canı lap boğazına yığılıbmış və oturub ölüm saatını gözləmək istəməyib. Lap yaxşı da eləyib - özümüzün ermənimizdi, yad deyil. Dediyinə görə, o tərəfdə təslim olmaq istəyənlər çoxdur, amma ehtiyat edirlər. Nahaq yerə - qoy gəlsinlər, yaxşıca yedizdirib-içirdərik, əyin-baş da verərik. Gərəkdir ki, Azərbaycan öz vətəndaşlarına sahib çıxsın, onları quldurların cəngindən qurtarsın. Bu məqsədlə, lap BMT-yə müraciət də etmək olar.

Nə yazıq ki, baş quldur Serjik belə düşünmür. Bu günlərdə deyib ki, bəs, ermənistan müharibədən qorxur: «Mən özüm də müharibədən qorxuram. Amma qələbə qazanmaqdan qorxmuram. Azərbaycan müharibəyə başlasa, onun qarşısını almağa qadirik və s.» Vallah, adam lap məəttəl qalır - müharibədən qorxan da qələbə çala bilərmi? Əlbət ki, yox! Bəs, Serjik nə «sayıqlayır»? Görünür ki, bu «bicok» heç də axmaq deyil və nə dediyinin fərqindədir. Məsələn, «qorxuram» deyəndə, öz keçmişinə söykənir - zadı deyirəm də - «sən köləsən, sən qorxaqsan, sən ermənisən» (Allah Puşkinə rəhmət eləsin!).

Erməni qorxaqlığı barədə rus diplomat, general Mayevski də pis deməyib: «Ermənilərin milli qəhrəmanlıqları barədə kimsə eşidibmi? Onların azadlıq uğrunda savaşları barədə harada yazılıb? Heç yerdə! Nədən ki, erməni «qəhrəman»ları daha çox öz xalqının cəlladı olublar, nəinki xilaskarı...» («Ermənilər tərəfindən həyata keçirilən kütləvi qırğınlar» kitabından).

«Amma qələbə çalmaqdan qorxmuram» deyəndə isə Serjik ismarıc edib ki, heç sevinib-eləməyin, qorxaq olsam da, oturmuşam güclünün (rusun) qucağında, mənim əvəzimdən qələbəni rus çalacaq! Düz sözə nə deyəsən? Amma son dövrün prosesləri açıq-aydın göstərir ki, ermənilər artıq rusun da zəhləsini töküblər! Buna bariz nümunə kimi, bir müddət əvvəl «Exo» radiosunun aparıcısı Yuliya Latıninanın dediklərini önə çəkmək olar: «Ermənistan it quyruğu kimi Rusiyanın ardınca sürünür...»

İndi iş qalıb urusun vicdanına - insaf eliyib, başının üstündə Allahına baxıb da, geri dursa, qalanı «iki dəfə iki dörd edər» kimidir. Azərbaycanının müdafiə naziri Zakir Həsənov bu barədə çox gözəl deyib: «Elə birinci həmlədə düşmənin 70 faizini məhv edəcəyik...»

Bilirsinizmi, Serjik nədən qorxur? Urusun «geri durmağı»ndan və Zakir müəllimin 70 faizindən!

Bir mətləb də var və onun üzərindən sükutla keçmək naşılıq olardı. Aiddir Serjikin şəxsən özünə. Kərtənkələ simalı bu «urod» (buna əmin olmaq üçün Serjikin gözlərinə diqqət yetirmək kifayətdir) özü etiraf edib ki, Xocalıda dinc sakinləri necə qırıb-çatıblar - etnik mənsubiyyətinə görə! Yəni ki, o, hərbi canidir - faşist ünsürüdür, genosid «arxitektor»larından biridir. Lar Adolf Eyxman kimi. Eyxman da faşist Almaniyasında «yəhudi işi» layihəsinin müəllifi və bilavasitə icra rəhbəri idi. Müharibədən sonra Argentinaya qaçmışdı. Gözünə döndüyüm «Mossad» onu izləyib tapdı və oğurlayaraq, İsrailə gətirdi, məhkəmə qarşısına çıxartdı... nəticəsi hamıya məlumdur - onu edam elədilər. İndi söz Azərbaycanın məxfi və xüsusi xidmət orqanlarınındır - başına dolanacağım oğlanlar istərəm ki, kərtənkələ gözlü bu «urod»u oğurlayıb, Bakıya gətirsinlər və Azərbaycan xalqının mühakiməsinə versinlər. Necə ki, gözünə döndüyüm Prezident, Ramil Səfərovu vətənə gətizdirdi və elə yoldaykən (havada ikən) əfv elədi - ürəyimizə saplanmış tikanlardan biri çıxdı!

Ölməyib, o günü görsəm, daha ürəyimdə heç bir arzum qalmaz.

Allah ağzımdan eşitsin, amin! Di, gözləyirik...

Mirzə AĞ

Azpolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar