Litva Rusiya hücumuna qarşı 3 gün dirənməyə hazırlaşır

Litvanı, Rusiyanın onların ölkəsinə təcavüz edəcəyi və həmçinin Belarusu Kalininqrad vilayəti ilə birləşdirəcək koridorun yaradılması ilə bağlı Vilnyusa qarşı ərazi tələbi irəli sürəcəyi qorxusu bürüyüb. Litva prezidenti Dalya Qribauskaytenin sözlərinə görə, “terrorist dövlət” olan Rusiya ilə danışıqlar aparmaq mənasızdır və onlara veriləcək ən yaxşı cavab, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsidir.

Bu yaxınlarda Litva parlamenti böyük səs çoxluğu ilə yenidən ümumi hərbi mükəlləfiyyət haqqında qanun qəbul etdi. Hal-hazırda Litva ordusunun 8 min nəfəri tam xidmətdə olan hərbçilərdən və 4500 könüllüdən ibarətdir. Rusiyanın bu kiçik Balitik ölkəsinə hücum edəcəyi halında, NATO qoşunlarının Litvaya gəlib çatması üçün üç gün vaxt tələb olunur. Qribauskayte qeyd edib ki, həmin bu üç gün ərzində Litva özünü müstəqil şəkildə müdafiə etməyi bacarmalıdır. Litva liderinin sözlərinə görə, əgər Litvada daha çox xarici əsgər olarsa, onda Rusiyanın hücum etmək qətiyyəti də bir o qədər azalar.

İndiki vəziyyətdə Litva daha çox Kalininqradda yerləşdirilmiş “İskander” raketlərindən narahatdır. Litva məktəblərində bombardman zamanı özünü necə aparmaq haqqında broşuralar yayılır və hərbi hava hücumu təlimləri keçirilir. Vilnyusun küçələrində heç zaman olmadığı qədər əsgər dolaşmaqdadır.

Litva ilə Rusiyanın münasibətlərinin gərginləşməsinin səbəbi, Litva Xarici İşlər nazırı Linas Linkyaviçusun NATO-dan Ukraynaya silah göndərilməsi tələbi ilə tez-tez çıxış etməsidir. Digər mübahisəli nüans rus qazının çatdırılması məsələsidir. Vaxtilə Litva tam olaraq rus qazından asılı idi, lakin artıq 2014-cü ilin sonundan onlar Norveçdən də qaz idxal etməyə başlayıblar. Başqa yandan isə 2012-ci ildən Litva onların ölkəsinə yüksəldilmiş qiymətlə qaz satdığına görə hüquqi müstəvidə “Qazprom” konserni ilə məhkəmə çəkişməsi yaşayır. Bu məhkəmədə qalib gəldiyi təqdirdə Litva “Qazprom”dan dəymiş ziyanın kompensasiyası kimi 1,5 milyard dollar alacağına ümid edir.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar