UKRAYNADA ŞOK - Nazir hökumətin iclasında həbs olundu (FOTO, VİDEO)

Bu gün Ukraynada qeyri-adi bir hadisə baş verib. Belə ki, hüquq-mühafizə orqanlarının işçiləri Nazirlər Kabinetinin iclası zamanı zala daxil olaraq, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Sergey Boçkovski ilə onun müavini Vasili Stoyetskiyə qarşı ittiham elan edib, onları həbs ediblər. 

AzPolitika.info Ukrayna KİV-inə istinadən xəbər verir ki, Boçkovski korrupsiya ittihamı ilə həbs olunub. Xidmət rəhbəri yanacaq-sürtkü materiallarının alınmasında külli miqdarda mənimsəməyə yol verib.

APA-nın məlumatına görə, Boçkovski və Stoyetski özəl şirkətlərdən süni olaraq yüksək göstərilən qiymətlərlə yanacaq alaraq, vəsait köçürülərkən həmin vəsaitin bir hissəsini öz şəxsi hesablarına keçirməkdə ittiham olunur. Daxili işlər naziri Arsen Avakov sxemin çox sadə olduğunu bildirib: “Bu sadə sxem çərçivəsində dövlət satınalmaları özəl şirkət vasitəsilə həyata keçirilir və həmin şirkət ödəmələri Cersi adasındakı ofşor şirkətə edir. Cersi adasından isə pullar Boçkovski və Stoyetskiyə məxsus digər özəl şirkətə gedir”.

Daxili işlər nazirin müşaviri Anton Geraşşenko Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin və antiterror əməliyyatının ehtiyacları üçün nəzərdə tutulan yanacağın “Lukoyl” və “Alyans” şirkətlərindən şişirdilmiş qiymətlərlə alındığını söyləyib: “Bu vəsaitin 15-20%-i “otkat” kimi Boçkovski və Stoyetskinin Cersi adası və Kiprdəki hesablarına köçürülüb. DİN-in son 6 ay ərzində apardığı operatv-axtarış tədbirləri nəticəsində dövlət xidmətinin rəhbərliyi başda olmaqla, bütün korrupsiya vertikalını aşkarlamaq və sənədləşdirmək mümkün olub. Nazir Avakovun dediyi kimi, yüksək səviyyəli korrupsionerlərin kameralar qarşısında həbsi tamaşa deyil, hər kəs üçün bir növ peyvənddir ki, Ukrayna cəmiyyəti artıq bundan sonra hakimiyyət dairələrindəki korrupsionerlərə dözüm göstərməyəcək”.

Baş nazir Arseni Yasenyuk S. Boçkovski ilə bağlı olan firmaların hesablarındakı əməliyyatların izlənməsi üçün avropalı və amerikalı tərəfdaşlara müraciət edəcəyini bildirib.

Daxil işlər nazirinin müşaviri Zoryan Şkiryak müvəqqəti olaraq Fövqəladə Hallar üzrə Dövlət Xidməti sədrinin səlahiyyətlərinin icraçısı təyin edilib.

Baş nazir Yatsenyuk həmçinin bəyan edib ki, dövlət malına əl uzadan hər kəsin taleyi belə olacaq.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar