RAMİZ MEHDİYEV “MÜƏMMASI” – PA rəhbərinin işə çıxmamasının səbəbi bilindi (Özəl)

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, dörd aydan artıqdır ki, dövlət tədbirlərində görünmür. Ölkənin faktiki ikinci şəxsi hesab olunan PA rəhbəri haradadır və niyə dövlət tədbirlərində iştirak etmir?

Bu aylar ərzində dəfələrlə bu sual qoyulsa da, Ramiz Mehdiyevin işə çıxmaması ilə bağlı rəsmi açıqlama verilməyib. Sonuncu dəfə martın 24-də "Azadliq" radiosu Ramiz Mehdiyevin görünməməsinin səbəbini aydınlaşdırmağa çalışıb, lakin Prezident Administrasiyasının rəsmiləri bu barədə sualı cavablandırmayıblar.

Ramiz Mehdiyev ölkənin və hakim elitanın idarə olunmasında Prezidentdən sonra əsas söz sahiblərindən biridir. Bu baxımdan, onun rəsmi açıqlama olmadan, müəyyən qədər də müəmmalı şəkildə aylardır görünməməsinin ictimaiyyət arasında, xüsusən də siyasi çevrələrdə, hakimiyyət dəhlizlərində müxtəlif söz-söhbətlərə səbəb olmasını təbii qarşılamaq lazımdır. Lakin mötəbər mənbələrdən "AzPolitika.info"ya daxil olan məlumata görə, Ramiz Mehdiyevin təxminən 4 aydır görünməməsinin qeyri-adi bir səbəbi yoxdur və hakim çevrələrdə bu barədə informasiya olduğundan, akademikin işə çıxmaması ciddi narahatçılığa, həyəcana yol açmayıb.

Bizə verilən məlumata görə, Ramiz Mehdiyevin ayağı sınıb. Nəzərə alsaq ki, akademikin 76 yaşı var, onun bu qədər uzun müddət görünməməsinin səbəbini anlamaq çətin olmaz.

Lakin Ramiz Mehdiyevin artıq bərpa prosesini başa vurmaq üzrə olduğu və ara-sıra işə çıxmağa başladığı da bizə verilən məlumatlar sırasındadır.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar