HƏRƏKƏTLƏRİMƏ CAVABDEHƏM... – Deputatdan təhsil ekspertinə növbəti Açıq məktub

Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevlə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov arasında polemika davam edir. Hər halda deputat N.Aslanovun “AzPolitika.info” saytı vasitəsilə E.Əliyevə ünvanladığı növbəti Açıq məktub belə söyləməyə əsas verir.

Bu məktub haqda məlumat verməzdn öncə xatırladaq ki, Etibar Əliyevin “AzPolitika.info” saytında yayımlanmış

“Hörmətli Etibar müəllim!

Məni Novruz bayramı münasibətilə təbrik etdiyinizə görə sizə təşəkkür edirəm və arzu edirəm ki, bu bayram günlərində mənim ailə üzvlərimin və xüsusilə 86 yaşlı anamın bu yazılar səbəbindən keçirdiyi mənəvi sarsıntını Allah-Təala sizin ailə üzvlərinizə heç vaxt qismət eləməsin.

Sizin cavab məktubunda qeyd etdiyiniz məsələlərə ardıcıl olaraq münasibət bildirmək istərdim.

1. Yenə də qayıdıram avtomobil məsələsinə. Mən bir daha vurğulamaq istərdim ki, müsahibəmdə dediyim kimi şəxsi avtomobildən istifadə edən insanlar, o cümlədən də mən, avtobuslardan istifadə edən insanlardan artıq deyilik. Burada başa düşülməyən hansı qaranlıq məqam var? Mən özümü avtobusdan istifadə edən insanlardan heç nə ilə fərqləndirmirəm və özümü onlardan üstün saymıram. Bu məqam müsahibəmdə açıq şəkildə əks olunub. Bildiyimə görə siz də şəxsi avtomobildən istifadə edirsiniz. Onda siz də avtobusdan istifadə edən insanlardan daha çox məsuliyyətli olmalısınız. Deyirsiniz ki, müəllimlərin 90 faizi avtobuslardan istifadə edir və mən onları ələ salıram. Sizə elə gəlmir ki, mənim dediklərimi tam təhrif olunmuş şəkildə verərək və ondan sui-istifadə edərək, əksinə siz özünüz həmin müəllimləri dolayısı yolla ƏLƏ salırsınız?

Məlumat üçün nəzərinizə çatdırım ki, respublikada 1 500 000-ə yaxın insan şəxsi avtomobil istifadəçisidir və onların 70 faizi (1 300 000) Bakı şəhərindədir. Onda belə çıxır ki, onların hamısı avtomobillərini atıb digər nəqliyyat vasitələrindən istifadə etməlidirlər?

Əks təqdirdə onlar avtobus istifadəçilərindən üzr istəməlidirlər, yoxsa bu onları ələ salmaq kimi çıxır. Bilin ki, şəxsi avtomobillərdən istifadə edən hər bir şəxs avtobuslardan istifadə edən insanlardan artıq deyil. Həmçinin, mən də, siz də. Bu mənim fəlsəfəmdir, mənim düşüncələrimdir.

Bir daha bu mövzuya qaytmaq istəməzdim.

2. İctimai-siyasi xadim kimi mənim tənqid olunmağım məsələsində də bir daha yanlışlığa yol vermisiniz. Birincisi, tənqid predmeti olmayan yerdə əsassız mülahizələrlə, abstrakt təxəyyüllə heç kimi tənqid etmək olmaz. Ən azı ona görə ki, bu tənqid yox, qərəzli mövqe kimi hesab oluna bilər. Həmçinin, bu heç kim tərəfindən ciddi qəbul olunmur. Hesab edirəm ki, təcrübəli mütəxəssis kimi siz bunu bilməlisiniz. Əgər hər hansı bir şəxsin davranışında və ya fəaliyyətində qüsur varsa və onun bu qüsuru hesabına cəmiyyətimizdə hər hansı bir problem yaranırsa, təbii ki, həmin şəxs tənqid oluna bilər. Tənqid islah olanmaq üçün bir vasitədir. Məktubunuzda adlarını çəkdiyiniz Siyavuş Novruzova, Hadı Rəcəbliyə, Fəzail Ağamalıya, Elton Məmmədova, Nizami Cəfərova və digərlərinə mənim çox böyük hörmətim var. Onların hər biri öz sahələrində respublikamız üçün kifayət qədər uğurlu işlər görmüşlər.

Öz əməllərinə haqq qazandırmaq məqsədilə digər tanınmış insanların adını hallandırmaq, onlardan istifadə etmək ən azı acizlik əlamətidir. Hər bir insan özünə cavabdehdir. Mən də həmçinin. Bilin ki, hər bir insan özünəməxsus fərdi xüsusiyyətlərə malikdir. Kimsə hadisələrə əhəmiyyət vermir, kimsə əksinə əhəmiyyət verir. Mən öz hərəkətlərimə cavabdehəm və hər bir atdığım addıma tam olaraq məsuliyyət daşıyıram.

3. Qeyd edirsiniz ki, "Əli və Nino" mağazasında Qızıl Aypara Cəmiyyətinin ianə qutusuna müəyyən qədər vəsait daxil etmisiniz. Bu çox təqdirəlayiq addımdır və sizin bu xeyirxah əməlinizi dəyərləndirirəm. Məlumat üçün bildirim ki, həmin vəsaitlər toplanaraq ehtiyaclı insanlara yardımlar edilir. Bu barədə daha ətraflı məlumatları Cəmiyyətimizin müvafiq şöbələrindən əldə edə bilərsiniz. Qızıl Aypara Cəmiyyətinin qapıları hər bir insanın üzünə açıqdır və fəaliyyətimiz şəffafdır.

4. Kommentlər barədə deyirsiniz ki, guya onları mənim adamlarım yazır. Orada mənim əleyhimə çoxlu kommentlər vardır, onda mən də deyim ki, onları sizin adamlarınız yazır?

5. Qeyd edirsiniz ki, müəllifi olduğunuz 2-ci yazını müəyyən səbəbləri nəzərə alaraq saytdan çıxardınız və bunun səhv olduğunu vurğulayırsınız. Amma mən hesab edirəm ki, səhv həmin yazını çıxırmağınız yox, həmin yazını yazmağınızdır.

6. Mən 20 ildən çoxdur ictimai fəaliyyətlə məşğulam. Bu müddət ərzində mətbuatda, telekanallarda kifayət qədər müxtəlif mövzulu müsahibələrim və çıxışlarım olub. Yəgin bunu siz də bilirsiniz. Necə olur ki, bu 20 il ərzində mənim müsahibələrimi təhlil etmədiniz, amma məhz 2015-ci ildə bunu etdiniz. Yəqin hansısa səbəb var.

Hörmətli Etibar müəllim!

Sonda, hesab edirəm ki, tərəfinizdən yazılan cavab məktubu, mənim 10 gün müddətində tələblərimə verilən cavabınızdır.

Bir məqamı nəzərinizə çatdırmaq istərdim: Mənim fəaliyyətim şəffafdır, hamıya açıqdır, insanlara münasibətim səmimidir. İstəyirəm biləsiniz ki, bu günə kimi, bu gün, bundan sonra da heç kimə imkan verməmişəm və verməyəcəyəm ki, mənim fəaliyyətimə, işgüzar nüfuzuma kölgə salsın, şərəf və ləyaqətimi alçaltmağa cəhd göstərsin. Hamımız hüquqi, dünyəvi dövlətin vətəndaşlarıyıq və qanunlarımız hər bir vətəndaşı neqativ hallardan müdafiə etməyə qadirdir.

Hörmətlə, Növruzəli Aslanov

Milli Məclisin deputatı"

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar