Türkiyə hərbi əməliyyatlara dəstək verdi

Qardaş ölkə Yəməndəki hərbi əməliyyatları dəstəklədiyini açıqlayıb

Türkiyə Yəməndəki hərbi əməliyyatları dəstəklədiyini açıqlayıb. Anspress-in məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayaraq Səudiyyə Ərəbistanı liderliyindəki 10 ölkənin Yəməndə başlatdığı hava hücumlarını dəstəklədiyini qeyd edib.

"Səudiyyə Ərəbistanı tərəfindən əvvəldən məlumat verilən hərbi hərəkatı dəstəkləyirik. Husiləri və xarici qüvvələri Yəməndə sülh və təhlükəsizliyi təhdid edən davranışlarından çəkinməyə çağırırıq", - deyə bəyanatda bildirilib.

Türkiyə XİN-in yaydığı yazılı açıqlamada qeyd edilir ki, Yəməndə hərbi hərəkatın başlanılmasını şiddətlə qınayırıq.

"Bu vəziyyət Yəmən xalqının qarşı-qarşıya qaldığı dəhşətli insani və iqtisadi problemləri dərinləşdirəcək. Həmçinin, terrorçu təşkilatlara istismar edə biləcəkləri bir zəmin yaranır. Hazırki vəziyyətin beynəlxalq sülh, sabitlik və təhlükəsizliyə ciddi təhdid yaratdığı aşkar görünür. Səudiyyə Ərəbistanı liderliyindəki 10 ölkənin Yəməndə başlatdığı bu hərəkat ölkədə baş verən vətəndaş müharibəsi və xaos təhlükəsinin qarşısının alacaq", - deyə bəyanatda deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar