Təyyarə qəzası ilə bağlı şok iddia təsdiqləndi

Fransa rəsmilərinə əsasən çərşənbə axşamı qəzaya uğramış Germanwings təyyarəsinin ikinci pilotu təyyarənin idarəsini öz üzərinə götürərək enişə başlayıb. Belə görünür ki, o təyyarəni "məhv etmək istəyib", rəsmilər bildirir.

Daha əvvəl xəbərlərdə deyilmişdi ki, Fransanın Alp dağları üzərində qəzaya uğramış Airbus 320 təyyarəsinin pilotlarından biri kabinəni tərk etdikdən sonra kilitlənmiş qapı arxasında qalaraq öz yerinə qayıda bilməyib.

Marsel şəhərinin prokuroru hadisə vaxtı ikinci pilotun kabinədə tək olduğunu bildirib.

Brice Robinin sözlərinə görə kapitan kabinəyə daxil olmağa çalışarkən "pilot kabinəsində tam süküt" və ikinci pilot bilərəkdən enişə başlayıb.

Martın 24-də 4U 9525 reysilə Barselonadan Düsseldorfa yollanan təyyarə 8 dəqiqəlik sürətli enişin ardından qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 150 adam həlak olub.

Fransalı prokuror ikinci pilot - Andreas Lubitz-in - son ana kimi sağ qaldığını bildirib.

Germanwings şirkətinə məxsus təyyarə sərnişinləri arasında o cümlədən Almaniya, İspaniya, Avstriya, Türkiyə, Danimarka və Belçika vətəndaşlarının olduğunu bildirilib.

Pilot kabinəsini tərk etmiş pilotlardan biri bağlı qapı arxasında qalaraq öz yerinə qayıda bilməyib, New York Times qəzeti adı açıqlanmayan təhqiqatçıya əsasən prokurorun açıqlamasından əvvəl yayımalanan məlumatında bildirib.

Uçuşun audio yazısını təhlil edən təhqiqatçı bildirib ki, pilotun qapını döydüyünə baxmayaraq ona cavab verən olmayıb.

"Bayırdakı kişi qapını döyür amma cavab yoxdur, - audio yazını təsvir edən təhqiqatçı deyib. - Onun qapını daha möhkəm döyərək yerindən vurub sındırmağa çalışdığını eşitmək olar".

Cümə axşamı təhqiqata yaxın olan daha bir mənbə vəziyyətin bənzər təsvirilə AFP agentliyilə bölüşüb.

Germanwings Almaniyanın Lufthansa şirkətinə məxsusdur. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar