Misir gəmiləri döyüşə göndərdi

Hərbi gəmilərin Ədən Körfəzinə doğru yola çıxdığı bildirilir

Misir rəhbərliyi müttəfiq ərəb ölkələrinə dəstək məqsədilə Yəmənə döyüş gəmiləri göndərib. Anspress-in məlumatına görə, Səudiyyə Ərəbistanının dəstəklədiyi Misirdəki Sisi rəhbərliyinin dörd döyüş gəmisini Ədən Körfəzinə göndərdiyi məlum olub.

"Reuters"ə danışan Süveyş kanalının rəsmisi Misir hərbi gəmilərinin kanaldan keçərək Ədən Körfəzinə doğru yola çıxdığını ifadə edib.

Qeyd edək ki, Misir Yəmən əməliyyatına dəstək verən 10 ölkədən biridir. Səudiyyə Ərəbistanı liderliyindəki müttəfiq ərəb ölkələri Yəməndə husilərin ölkə rəhbərliyinə qarşı etirazlarının qarşısını almaq üçün müdaxilə edib.

Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri koalisiya qüvvələri Yəmənin paytaxtı Səna şəhərini bombalayıb. Husilərin irəliləməsini dayandırmağa hesablandığı deyilən əməliyyat nəticəsində Səna məzarlığı xatırladıb. Şəhəri 150 min ərəb koalisiya qüvvələrinə dəstək verən 100 təyyarə bombalayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar