İran Səudiyyə Ərəbistanının hərbi müdaxiləsini pisləyib

Səudiyyə Ərəbistanını və onun müttəfiqləri Yəməndəki Huthi qrupunun mövqelərinə havadan zərbələr endirirlər.

İran bunu təhlükəli addım adlandırıb və hesab edir ki, bu ölkədə hərbi çevrilişi dhada gücləndirəcək.

İranın xarici işlər nazirliyi martın 26-də bəyan edib ki, hərbi əməliyyatlar vəziyyəti daha da çətinləşdirəcək və münaqişənin sülh yolu ilə həllinin mümkünlüyünü heçə endirəcək.

Səudiyyə rəsmiləri bəyan edib ki, məqsəd Yəmən prezidenti Abd-Rabbu Mansour Hadininin qanuni hökumətini qorumaqdır.

Paytaxt Sanaada güclü partlayış səsləri eşidildiyi xəbər verilir.

Dinc sakinlər arasında da itkilər olduğu bildirilir.

Kütləvi İnformasiya vasitələrinin məlumatına görə Səudiyyə Ərəbistanı əməliyyata 100 qırıcı tıyyarə,150 min əsgər və hərbi-dəniz qüvvələri cəlb edib.

Əməliyyatı, İordaniya, Misir,Birləşmiş Ərəb Əmirlikləri,Küveyt,Qətər,Bəhreyin, Mərakeş və Sudan da dəstəkləyir.

Ağ ev bəyan edib ki, Vaşinton Səudiyyə Ərəbistanına koordinasiya və kışfiyyat məsələlərində kömək etsə də əməliyyatlarda birbaşa iştirak etmir.

İranın dəstəklədiyi Huthi yaraqlıları paytaxt Sanaanı ələ keçirib və prezident Hadi ölkənin cənubundakı Aden şəhərinə qaçmalı olub.

Həmçinin hazırda ölkənin bir sıra əyalətləri yaraqlıların nəzarətindədir.

İran üsyançılara dəstək göstərməklə bağlı ittihamları rədd edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar