Obamadan Ərdoğana təcili telefon zəngi

ABŞ prezidenti Ərdoğanla Yəməndəki son hadisələrdən danışıb

ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. ANS PRESS-in məlumatına görə, prezidentlər arasında planlaşdırılmamış telefon danışığı 1 saat çəkib. İki liderin telefon danışığında İŞİD terror qruplaşması ilə mübarizədə əməkdaşlıq, İraq və Suriyada sülh və sabitliyin təmin etmək məqsədiylə həyata keçirilən ortaq səylər müzakirə edilib.

Obama ilə Ərdoğan Yəməndə yaşanan son hadisələrlə bağlı da fikir mübadiləsi ediblər. Həmçinin Ukrayna məsələsinə toxunulub.

Qeyd edək ki, ərəb ölkələrinin BMT-nin qərarı olmadan Yəmənə qarşı başladığı hərbi əməliyyatlar bölgədə vəziyyəti daha da gərginləşdirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar