Yəməndəki vəziyyət neftin sürətlə bahalaşmasına səbəb olub

Yəməndə vəziyyətin gərginləşməsi investorların narahatlığına səbəb olub. Belə ki, neft mədənləri və neftin daşınması yolları üçün təhlükə yaranıb.

Yəmən ətrafındakı böhran fonunda martın 26-da London birjasında Brent markalı neftin bir barelinin qiyməti 2,55 dollar artaraq 59,03 dollara çatıb. Nyu-York əmtəə birjasında isə axşam saatlarında WTİ makalı neftin bir barelinin qiyməti 2,10 dollar bahalaşaraq 51,31 dollara yüksəlib.

Yəməndə münaqişənin genişlənməsi beynəlxalq gəmiçilik və xüsusən neftin daşınması sarıdan ciddi narahatlıq doğurub. Həmçinin bu ölkədə idarə olunmaz vəziyyət yaranmasının Qırmızı dənizdə quldurluğa yol açması təhlükəsi də mövcuddur. Bu real təhlükələrin qarşısını almaq məqsədilə ötən gün Səudiyyə Ərəbistanı və onun müttəfiqləri Yəməndəki şiə qiyamçılarının mövqelərinə hava zərbələri endirməyə başlayıblar. /AzərTac

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar