Yəmən müharibəsinə qoşulanların sayı artır

“Səudiyyə Ərəbistanına hədəyə sərt cavab veriləcək”

Pakistanın baş naziri Navaz Şarif bildirir ki, Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə hər hansı təhlükəyə Pakistan sərt cavab verəcək. Şarif martın 26-da İslamabadda hökumətin iclasında danışıb. Səudiyyə Ərəbistanı Pakistandan xahiş edib ki, Yəməndəki Huti silahlılarına qarşı Körfəz koalisiyasına qoşulsun. Hökumətin iclasında da bu xahiş müzakirə olunub.

Navaz deyib ki, Pakistanın Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurası ilə sıx qardaşlıq münasibətləri var və onların təhlükəsizliyinə böyük əhəmiyyət verir.

İclasda qərara alınıb ki, martın 27-də Səudiyyəyə yüksək səviyyəli nümayəndə heyəti getsin və durumu qiymətləndirsin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar