"Obama ilə danışığa hazıram" - Bəşər Əsəd

Bashar00“İstənilən dialoq – prinsip etibarilə müsbət bir addımdır”

Suriya dövlət başçısı Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti ilə dialoqa girməyə hazır olduğunu bəyan edib. Anspress-in məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd bu barədə “CBS” telekanalına müsahibəsi zamanı bildirib.

O, ABŞ ilə dialoqa hazır olduğunu, lakin ölkəsinin müstəqilliyinə təzyiq olmadan bunun baş verə biləcəyini vurğulayıb.

“İstənilən dialoq – prinsip etibarilə müsbət bir addımdır. Əlbəttə ki, danışıqlar qarşılıqlı hörmətə əsaslanmalıdır”, – deyə B.Əsəd müzakirələrə həvəsli olduğunu açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ dövlət katibi Con Kerri də bölgədə vəziyyətin nizama salınması üçün Əsədlə razılığın əldə edilmisini söyləmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar