Yəmən müharibəsinin neftin bahalaşmasına təsiri: cəmi 8%-i bu boğazdan keçir

Yəməndə vəziyyətin pisləşməsinin neft qiymətlərinə təsiri gündəmə gəlib.

“Turcas”ın İdarə Heyətinin Sədri Ərdal Aksoy Yəməndəki əməliyyatın neft qiymətlərinə təsirinin az olacağını bildirib. Onun sözlərinə görə, təklif çoxluğuna görə neft qiymətləri yuxarı qalxmayacaqdır.

Qırmızı dənizi Ədən Körfəzinə bağlayan Babülməndəb boğazı, eyni zamanda Afrika ilə Ərəbistan yarımadasını da bir-birindən ayırır. Şimal-Şərq sahilində Yəmən, cənub-qərb sahilində isə Somali və Cibutinin yer aldığı boğazdan bir il içərisində dünya miqyasında gəmi ilə daşınan neftin 8%-i keçir.

Babülməndəb sözünün mənası “Hüzn Qapısı” deməkdir. Boğaz, Hind Okeanı ilə Cənub-Şərqi Asiyanı, Süveyş Kanalı vasitəsi ilə Aralıq Dənizinə və Avropaya bağlayan dünyanın ən əhəmiyyətli dəniz ticarət yollarından biri kimi göstərilir.

Bundan başqa boğaz, Afrika Buynuzu ölkələri ilə bərabər Misir və Sudan kimi ölkələrin də üzərində “güc yaratmaq” məsələsində həlledici bir yerdə durur. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar