Ərdoğanın Obama ilə telefon danışığının TƏFƏRRÜATI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Braka Obama ilə telefon danışığı baş tutub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, prezident Rəcəb Tayyib Ərdoğan ilə Ağ Ev rəhbəri Barak Obama arasında 60 dəqiqəlik bir telefon görüşməsi reallaşıb. Görüş Beştəpədə Fil Dişi Sahili prezidentinin rəsmi səfəri vəsiləsiylə təşkil edilən qarşılama mərasimi öncəsi həyata keçirilib. İki lider son olaraq 19 oktyabrda görüşmüşdü.

Prezident qaynaqları, telefon görüşməsinin Ankaranın tələbiylə edildiyini ifadə edib.

Ərdoğan-Obama görüşməsi haqqında bu açıqlama verilib:

Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan, ABŞ prezidenti cənab Barak Obama ilə bu gün bir telefon görüşməsi reallaşdırıb. Görüşdə, İŞİD ilə mübarizə mövzusunda davam edən əməkdaşlıq, İraq və Suriyada sülh və sabitliyin təmini məqsədilə həyata keçirilən ortaq səylərdən söhbət açılıb. İki lider, Suriyayla əlaqədar olaraq, “Eğit-Donat” proqramı çərçivəsində konstruktiv Suriya müxalifətini dəstəkləmə və s. məsələlər ətrafında fikir mübadiləsi ediblər.

Prezident Obama, görüş zamanı, Türkiyənin Suriya və İraqdan ölkəmizə sığınan təxminən 2 milyon insana ev sahibliyi etməsindən və xarici savaşçılarla mübarizə mövzusundakı verdikləri töhfələrinə görə cənab prezidentimizə təşəkkürlərini çatdırıb.

Yəmən və Ukraynadakı son inkişafların, həmçinin İranın nüvə proqramıyla əlaqədar müzakirələrin ələ alındığı görüşdə iki lider, xatırlanan məsələlər və digər regional mövzularda önümüzdəki müddətdə də yaxın əməkdaşlıq içərisində birlikdə iş barəsində razı olduqlarını təsdiq ediblər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar