Neft enişə keçdi

Neft qiymətləri, dünən kəskin yüksəlişdən sonra aşağı düşməyə başlayıb.

Neft, Səudiyyə Ərəbistanının Yəməndə başlatdığı hava hücumlarının xam neft nəqlində fasilə yaradacağı narahatlıqlarının yüngülləşməsinə paralel olaraq 1 dollardan çox ucuzlaşıb.

Brent nefti 58 dollara, ABŞ xam nefti də 50 dollara geriləyib.

Goldman Sachs tərəfindən yayılan məktubda, Yəmənin kiçik bir istehsalçı olduğu və neft daşıyan tankerlərin Yəmən xaricindəki dəniz yollarını istifadə etdiyi qeyd olunub. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar